“Azərlotereya” ASC “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nın baş sponsoru olub
(®️)Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC korporativ sosial məsuliyyət və dayanıqlı inkişafla bağlı prioritet mövzuları əhatə edən daha bir önəmli tədbirə dəstək olub.
Şirkət ölkəmizdə ilk dəfə keçirilən “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə üzrə I Bakı Beynəlxalq Konfransı”nda baş sponsor kimi çıxış edib.
Konfransın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə çalışan, geniş təcrübəyə malik tanınmış ictimai xadimlər və mütəxəssisləri bir araya gətirməklə KSM və dayanıqlı inkişaf üzrə mühüm mövzuların müzakirəsi əsasında növbəti illər üçün yol xəritəsinin hazırlanmasına töhfə verməkdir.
Konfransda “Azərlotereya” ASC-nin ölkəmizin inkişafında önəmli rola malik uğurlu KSM təcrübəsi bölüşülüb, şirkətin həyata keçirdiyi “Əmanətə sədaqət” layihəsi vətənpərvərlik mövzusunda örnək işlərdən biri kimi iştirakçıların marağına səbəb olub. Vurğulanıb ki, sözügedən layihə əsasında vətən uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarının təhsil və yaşam xərcləri qarşılanır.
Tədbirdə çıxış edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu müxtəlif önəmli mövzular üzrə örnək olan KSM təşəbbüslərin icra olunması üçün konfransın işini yüksək qiymətləndirib. Bildirib ki, “Azərlotereya” ASC fəaliyyətində hər zaman cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə böyük önəm verərək bu çərçivədə ölkə əhəmiyyətli tədbirlərin təşkilinə dəstək olmağa çalışır.
Konfrans ictimaiyyətin diqqətini çəkmiş KSM layihələrin nümayişilə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
25 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
30 d. əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 46 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 2 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
3 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
3 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Ən çox oxunanlar
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb

























