“Nar” Müştəri Xidmətləri artıq KOBİA-da
(®️)"Nar" Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yeni müştəri xidməti məntəqəsini istifadəyə verib.
Artıq kiçik və orta bizneslə məşğul olmaq istəyən şəxslər heç yana getmədən, elə agentliyin binasında “Nar” müştəri xidmətləri məntəqəsinə yaxınlaşaraq, “ASAN İmza” xidmətinə qoşula bilir.
Yeni xidmət məntəqəsi bütün “Nar” müştəriləri üçün xidmətə açıqdır. Eynilə, “Nar” Mərkəzlərində olduğu kimi, KOBİA-da fəaliyyət göstərən xidmət məntəqəsi də hər bir müştəri sorğusunu qeydə alır və abunə əməliyyatlarını yerinə yetirir, həmçinin mövcud xidmətlər haqqında məlumat təqdim edir.
Xidmət məntəqəsi KOBİA-nın binasında – Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə yerləşir. İş saatları, KOBİA-nın iş saatlarına müvafiq olaraq, həftəiçi saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. Nahar fasiləsi saat 13:00-dan 14:00-a kimidir. Həftəsonları isə qeyri-iş günüdür.
“Nar” müştəriyönümlülük siyasətinə uyğun olaraq, abunəçiləri üçün ünsiyyəti rahat və əlçatan etmək üçün ən müasir standartlara cavab verən “Nar” Müştəri Xidmətləri Mərkəzlərinin sayını artırmaqda davam edir. Siz ən yaxın “Nar” Müştəri Xidmətləri Mərkəzini yerini öyrənmək üçün nar.az/maps veb səhifəsinə keçə, 777 Çağrı Xidmətinə zəng edə, və ya “Nar”ın sosial media səhifələrinə yaza bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 41 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























