Dil-ədəbiyyat müəllimidir, nadir tapılan “qırmızı göycə” daxil 12 mindən çox meyvə tingi satıb
Yaz fəslinin gəlişi ilə əlaqədar bu günlərdə ağaclara aqrotexniki qulluq göstərilməlidir. Peşəsi kimi bağçılıq işinin də müəllimi olan biləsuvarlı müsahibimiz Ramin Həsənov da meyvə tingçiliyi təsərrüfatında tinglərə qulluqla məşğuldur.
Rayonun Bağbanlar kəndində yaşayan Ramin Həsənov ixtisasca dil-ədəbiyyat müəllimidir. Onun təbiətə bağlılığı təsadüfi deyil, mərhum atasının aqronom olması kiçik yaşlarından onda bu sahəyə maraq yaradıb. Həyətyanı torpaq sahəsi ilə yanaşı, hər il 1 hektara yaxın əkin sahəsində meyvə sortlarının tinglərini artırır. Müsahibimizin sözlərinə görə, meyvə bağlarında yüksək məhsuldarlığa nail olmaq üçün ilkin olaraq ərazinin torpaq-iqlim şəraiti nəzərə alınmalı və vaxtında lazımi aqrotexniki tədbirlər görülməlidir. Əsasən tingçiliklə məşğul olan Ramin müəllim, meyvə sortlarını yaz fəslində “yarma calaq”, payız fəslində isə “göz calağı” vurmaqla artırır.
Hazırda bağ alaqdan təmizlənir. Bağda yeni calaq olan 13 min xurma, 1000 ədəd tut tingi var. Bu tinglər avqust ayında vurulan calaqlardan alınıb.
Bu il 12 min ədəd müxtəlif növ meyvə tingi satan Ramin Həsənov bildirib ki, onların arasında nadir ağac tinglərindən olan “qırmızı göycə” də var.
Hər il yaz qabağı 15 mindən çox müxtəlif meyvə tingi satışa çıxaran müsahibimiz deyir ki, bu işləri təkbaşına görmək asan deyil. Mövsüm ərzində aparılan calaqvurma işlərinə başqa rayonlardan da peşəkar və ixtisaslı mütəxəssislər cəlb olunur. Çünki calaq yolu ilə çoxaldılma çox incə və məsuliyyətli işdir.
Tingçi Habil Şahbazov da uzun müddətdir bağbanlıqla məşğuldur. İndi bağda calaq vurur. “Calaq işinə fevralın 10-dan başlamışıq. Əsasən qabıqaltı, yarma calaq vururuq. Avqust ayında isə “göz calağı” edəcəyik. Əsas çubuq düzgün seçilməlidir, salamat olmalıdır. Bu mövsüm 20 min calaq satmışıq. İndi təmizlik işi gedir. Ondan sonra azotu, gübrəni, sonra da suyu verəcəyik. Beləcə aqrotexniki qulluq davam edəcək”.
Bağda ümumilikdə 25-dən çox növdə təxminən 72 mindən artıq ağac var.
© Azərtac
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 19 saat sonra
-
-
3 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
3 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 4 saat əvvəl
-
4 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb























