Bakıdakı restoranlardan birində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb
Şəxsin bıçaq xəsarəti alması nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.Martın 16-sı saat 03 radələrində 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilməsi, 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin isə həmin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, ilkin araşdırma zamanı Camal Həsənov və Cəsarət Vəliyevin "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində birgə yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı onlara kəsici deşiyi alətlə xəsarət yetirilməsi və Cəsarət Vəliyevin aldığı xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 d. əvvəl
-
-
12 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
27 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı






























