Kapital Bank yerli banklar üçün “Rəqəmsal Bankçılıq Seminarı” təşkil etdi - FOTOLAR
(®) Ölkənin ilk rəqəmsal bankı olaraq Birbank Azərbaycanda rəqəmsal bankçılığın inkişafı üçün ardıcıl addımlar atır.
Bununla bağlı Kapital Bank ölkəmizdə rəqəmsal bankçılığın inkişafına töhfə vermək və yerli bank sektorunun beynəlxalq təcrübələrlə tanışlığı məqsədilə Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə birgə “Rəqəmsal Bankçılıq Seminarı” təşkil edib.
15 mart 2023-cü il tarixində keçirilən tədbirdə ölkənin 22 bankından ümumilikdə 50-dək əməkdaş iştirak edib. Türkiyədən dəvət edilən və rəqəmsal bankçılıq sahəsində böyük təcrübəyə malik olan spiker iştirakçıların suallarını cavablandırıb və situativ məşğələlər keçirib.
Qeyd edək ki, tədbirin məqsədlərindən biri də bank sektorunun nümayəndələri üçün şəbəkələşmə imkanlarını artırmaq və onların öz təcrübələrini bir-biri ilə paylaşması olub. Kapital Bank yerli banklar arasında təcrübə mübadiləsinin artması üçün bu cür tədbirləri davamlı şəkildə təşkil etməyi planlaşdırır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
8 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















