İrandan Azərbaycana gətirilmiş 446 ton kividə də zərərli orqanizm aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA): İran İslam Respublikasından idxal edilən bitkiçilik məhsulu partiyalarında bir-birinin ardınca uyğunsuzluqlar aşkarlanır. Təəssüf ki, bir sıra sitrus meyvələrində (o cümlədən portağal), həmçinin digər bitkiçilik məhsullarında (kartof) olduğu kimi kivi məhsullarının İrandan idxalında da aşkarlanmış uyğunsuzluqlar daha da intensivləşib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, bu xüsusda, son dövrlər İran İslam Respublikasından idxal edilən bitkiçilik məhsulu partiyalarında bir-birinin ardınca aşkarlanmış uyğunsuzluqlarla əlaqədar fitosanitar nəzarət tədbirləri gücləndirilmiş, ölkənin bitki sağlamlığına təhlükənin qarşısının alınması istiqamətində qanunvericiliyə uyğun müvafiq tədbirlər davam etdirilməkdədir.
Agentlik əməkdaşlarının həyata keçirdiyi yoxlama-nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən kivi məhsulu partiyalarına fitosanitar baxış zamanı məhsullardan götürülən nümunələr Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Sınaq protokolları nəticəsində, ümumilikdə İran İslam Respublikasından idxal olunmuş kivi məhsullarının 26 partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib. Adıçəkilən partiyalardan 25-də tut qalxanlı yastıcası, 1-də isə Yaponiya yalançı çanaqlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanan məhsulların ümumi miqdarı 446.4 ton olmuşdur ki, bu da 2023-cü ildə ölkəyə idxal edilən (2309 ton) kivi məhsulunun 19 %-ni təşkil edir. Sözügedən sitrus meyvələrində aşkarlanmış uyğunsuzluqlar barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına Agentlik tərəfindən 26 bildiriş (notifikasiya) göndərilib. Təəssüf ki, bir sıra sitrus meyvələrində (o cümlədən portağal), həmçinin digər bitkiçilik məhsullarında (kartof) olduğu kimi kivi məhsullarının İrandan idxalında da aşkarlanmış uyğunsuzluqlar daha da intensivləşib.
AQTA tərəfindən bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş fitosanitar nəzarət tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 9 saat sonra
-
-
45 d. əvvəl
Qızıl sürətlə ucuzlaşdı - Qiymətində son 12 ilin ən böyük enişi baş verdi
- 50 d. əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Stellantis ABŞ-da 13 milyard dollarlıq investisiya planlaşdırır
-
5 saat əvvəl
Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb
-
6 saat əvvəl
9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə razılaşmalar əldə edib
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Əli Əsədov Gürcüstana səfər edib

Coca-Cola-nın 3-cü rüb gəliri proqnozları üstələyib

Süni ət istehsalçısı Beyond Meat və Walmart əməkdaşlığa başlayıb

9 ayda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan və İran mobil rabitə şəbəkələrinin tənzimlənməsi üzrə razılaşmalar əldə edib

Ziraat Bank Azərbaycan müştəriləri üçün “ƏDV Geri Al” funksiyasını istifadəyə verdi

Hər il buraya 10 min istedadlı insanın cəlb edilməsi, 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır

"Təsis etdiyimiz İnvestisiya Fondu böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur"

Tokayev: Azərbaycan üzərindən tranzit olunan neftin həcmi 1,5 milyon ton təşkil edib
