Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Premium Bank” rəhbərliyində yeni təyinat olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Premium Bank” rəhbərliyində yeni təyinat olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kamil Lətifov “Premium Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini, Baş Risk inzibatçısı təyin edilib.

Bu barədə Marja-ya Bankdan bildirilib.

Qeyd edilib ki, K.Lətifov 2008-ci ildən bank sektorunda çalışır. Karyerasına “Bank of Baku “ ASC-də başlamış, 2016-cı ildən “Kapital Bank” ASC-də “şöbə rəisi” kimi çalışıb. 2021-ci ildən “Premium Bank” ASC-də “Komplayens” departamentinin direktoru vəzifəsində işləyib. 

O, Türkiyənin “Boğaziçi” Universitetində MBA dərəcəsinə yiyələnib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr və magistr təhsili alıb. Hazırda “iqtisad elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi üzrə təhsilini davam etdirir.

Kamil Lətifov bir çox beynəlxalq və yerli sertifikatlara malikdir.

Bura daxildir:

• Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə (ƏL/TMM) üzrə ABŞ-ın ən nüfuzlu sertifikatı olan “CAMS”-a  sahib olması;

• Maliyyə Monitorinqi Xidmətinin ƏL/TMM üzrə sertifikasiya proqramını keçərək “Milli Ekspert” sertifikatı əldə etməsi.

O, Azərbaycan Banklar Assosiasiyasının “Komplayns” üzrə ekspert qrupunun üzvüdür.

Premium Kamil Lətifov
06.04.2023 17:46
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18