Qərbin sanksiyalarına baxmayaraq, Moskva, milyarderlərin sayına görə yüksəlib
Amerikanın Forbes reytinqinə görə, Moskva ən zəngin milyarderlərin olduğu 10 şəhər arasında altıncı yeri tututb. Nəşrin məlumatına görə, şəhərdə 61 milyarder yaşayır. Jurnal Moskvadakı bütün zənginlərin ümumi sərvətini 307 milyard dollar qiymətləndirib ki, bu da 2022-ci illə müqayisədə 92 milyard dollar çoxdur.Amerikanın Forbes jurnalı ən çox milyaderin yaşadığı şəhərləri sıralayıb.
Marja xəbər verir ki, milyarderlərin sayı üzrə birinci yerdə Nyu-York (101 milyarder, ümumi sərvəti 616,8 milyard dollar), ikinci yerdə Honq-Konq (70 milyarder, ümumi sərvəti 286,8 milyard dollar), üçüncü yerdə Pekin (68 milyarder, ümumi sərvəti 247,2 milyard dollar), dördüncü yerdə Şanxay (65 milyarder, ümumi sərvəti 181,9 milyard dollar), beçinci yerdə London (63 milyarder, ümumi sərvəti 294,9 milyard dollar) altıncı yerdə Moskvaddır (61 milyarder, ümumi sərvəti 307 milyard dollar).
Forbes reytinqinə görə, Moskva ən çox milyarderlərin olduğu 10 şəhər arasında altıncı yeri tutub.
Milyarderlərin cəmi sərvətinə görə Moskvanı yalnız Nyu York (617 milyard dollar) və Paris (409 milyard dollar) qabaqlayır.
Jurnal qeyd edib ki, Rusiyanın Ukraynaya hücumuna və Qərbin sanksiyalarına baxmayaraq, Moskva, şəhərdə yaşayan milyarderlərin sayına görə yeddinci yerdən altıncı yerə yüksəlib, həmçinin onların ümumi sərvətinə görə üçüncü yerdədir. Moskvada yaşayan milyarderlərin sayı 8 nəfər artıb. Jurnal bütün Moskva milyarderlərinin ümumi sərvətini 307 milyard dollar qiymətləndirib ki, bu da 2022-ci illə müqayisədə 92 milyard dollar çoxdur.
Moskva milyarderlərinin təxminən üçdə ikisi var-dövlətini artıra bilib.
Moskvada ən varlı milyarder Vladimir Potanindir. Onun sərvəti ötən il 23,7 milyard dollar təşkil edib.
Ümumiyyətlə, "Forbes"in dünyanın ən varlı biznesmenlərinin illik 37-ci reytinqində 123 rusiyalı yer alıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 17 d. əvvəl
-
- 26 d. əvvəl
-
57 d. əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
2 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
17 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN






















