“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftənin sonu Amerikada proqnozların altında dərc olunan əmək bazarı göstəricilərindən sonra bu həftə diqqətlər ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri və "FOMC"-un son toplantısının protokolları investorların diqqət mərkəzində olacaq.
Çərşənbə günü Amerikada açıqlanacaq mart ayı üçün inflyasiya rəqəmləri, qiymət təzyiqlərinin FED-in daha aqressiv faiz artımlarına olan iştahını azaldıb azaltmayacağınını görmək üçün yaxından izləniləcək.
Analitiklər İstehlak Qiymətlərinin Baza İndeksinin aylıq müqayisədə 0.4%-ə, illik müqayisədə isə 5.6%-ə yüksələcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, inflyasiya rəqəmləri ABŞ-da proqnozların altında dərc olunan əmək bazarı göstəricilərindən sonra açıqlanacaq. Bu isə maliyyə sabitliyi risklərinin necə dəyişcəyinə işıq tutacağı üçün FED-in 2-3 may tarixlərində keçiriləcək toplantısında faiz dərəcələrinin növbəti dəfə artırılıb artırılmayacağına dair gözləntiləri müəyyənləşdirə bilər.
Çərşənbə günü “FOMC”-un mart iclasının protokolları dərc olunacaq. Protokollarda FED rəsmilərinin açıqlamalarında monetar siyasətin daha da sərtləşdirilməsi meylləri və maliyyə sisteminin dayanıqlığı ilə bağlı ipucları axtarılacaq.
Cümə günü isə mart ayı üçün İstehsal Qiymətləri İndeksi, Pərakəndə Satış Dövriyyəsi kimi önəmli iqtisadi göstəricilər dərc olunacaq.
Həftə ərzində Nyu-York FED-in sədri Con Uilyams, Filadelfiya FED-in sədr Patrik Harker, Minneapolis FED-in sədri Nil Kaşkari və Riçmond FED-in sədri Tomas Barkin də daxil olmaqla bir neçə FED rəsmisinin çıxışları da investorların diqqət mərkəzində olacaq.
EUR
Bu həftə Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri EURUSD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən EURUSD məzənnəsində qiymət 1.09$ üzərində möhkəmlənərsə, avro dollar qarşısında 1.11$ hədlərinə qədər bahalaşa bilər.
GBP.
Ötən həftəni 1.24$ səviyyəsinin üzərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsinə dair göstəricilər və İngiltərə Mərkəzi Bankının sədri Endyu Beylinin çıxışları ciddi təsir edə bilər.
GOLD.
Amerikada ardıcıl olaraq zəif açıqlanan iqtisadi göstəricilər fonunda 2031$-a kimi bahalaşan qızılın unsiya üzrə qiyməti həftəsonuna doğru bir qədər geriləyərək ötən həftəni 2007$ səviyyəsində başa vurdu.
Təhlillərə əsasən bu həftə Amarikada açıqlanacaq inflyasiya göstəriciləri və “FOMC”-un son toplantısının protokolları, eləcə də Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi və İngiltərədə yayımlanacaq ÜDM-in həcminə dair rəqəmlər və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışları valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qızılın bir unsiya üzrə dəyəri 2010$ həddinin üzərində möhkəmlənə bilsə, 2025$-a və 2032$-a kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
5 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
6 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
7 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib



















