Assosiasiya sədri: “Nar ixracı ildə 150-200 milyon dollar pul gətirə bilər"
Azərbaycan nar ixracından ildə 150-200 milyon ABŞ dolları gəlir əldə edə bilər.
Bunu "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
"Hazırda ölkədə 23 min hektara yaxın nar bağı var. Biz hər hektardan 20-25 ton məhsul götürsək, onun 10 %-i itkiyə məruz qalsa, daxili bazarı təmin etsək və qalan hissəsini ixrac etsək, ölkəyə 150-200 milyon ABŞ dolları valyuta gətirə bilərik”, - deyə o qeyd edib.
Əsas ixrac bazarı yenə də Rusiyadır
Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycan ötən il 31,6 milyon ABŞ dolları dəyərində 23 335 ton nar ixrac edib, bununla yanaşı xarici bazarlarda 542 ton nar konsentratı və 10,7 milyon ABŞ dolları dəyərində 8 214 ton nar şirəsi satıb. Bu məhsullar əsasən Rusiya bazarında realizə edilib.
"Bununla yanaşı, alternativ bazarlar tapmaq üçün İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə biznes forumlarda, ixrac missiyalarında iştirak edirik. Dövlətin yaratdığı imkanlardan istifadə etməyə çalışırıq”, - deyə o qeyd edib.
F.Qaraşov əlavə edib ki, bu il işğaldan azad edilmiş ərazilərdə yetişdirilmiş narın ilk dəfə ixracı həyata keçirilib: "Ağdam narı Sinqapura ixrac edilib. Belə ölkələrə ixrac bizim üçün çox maraqlıdır. Fermerlərə nar satmaq, bazarlara müstəqil şəkildə çıxmaq çox çətindir. Azərbaycanda müəyyən ixracatçılar, həmçinin müəyyən işbazlar da var ki, bazardan narı alaraq, özləri ixrac edirlər”.
Onun fikrincə, dövlətin nar ixracatçılarına daşımalarda güzəşt etməsi, eləcə də bu sahədə kooperativləşmənin olması vacibdir: “Kooperativləşmə olandan sonra bağlarda vahid idarəetmə, vahid aqrotexniki qulluq prosesi olar, bu halda Avropa İttifaqının (Aİ) tələb etdiyi idxal sertifikatlarını ala və Aİ ölkələrinə nar ixrac edə bilərik. Bu, xüsusilə çox çətindir. Azərbaycanda bir-iki bağda “Qlobal Gap” sertifikatı var. Lakin bağ sahiblərinə Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış nəqliyyat problemlərinə görə ixrac sərf etmir. Ümumiyyətlə, müharibə başlayanda nar ixracında çətinliklərin olacağını bilirdik. Daşıyıcı şirkətlər istiqamətlərini dəyişib, bu da nəqliyyat xərclərini artırıb. Bundan başqa, nəqliyyatdakı problemlər dünyda gübrə və pestisidlərin də qiymətlərinin kəskin artmasına səbəb olub, bu isə nar istehsalının maya dəyərini artırıb".
Nar bağını sökən də var, yeni nar bağı salan da var
F.Qaraşov deyir ki, bu il ölkədə bir neçə nar bağı sökülüb, həmçinin yeni nar bağları salınıb: "Təəssüf ki, bəzi fermerlərin bu sahədən götürdüyü iqtisadi səmərə azdır, bəzi fermerlər ağaclara düzgün aqrotexniki qulluq edə bilmir. Həmçinin su çatışmazlığı problemi var. Son nəticədə nar bağları məhv olur və sökülür.Belə hallar əsasən Mil-Muğan və Aran bölgələrində qeydə alınıb. Amma elə həmin bölgələrdə də yeni bağlar salınıb. Məsələn, Kürdəmirdə 200 hektar ərazidə nar ağacları əkilib".
Assosiasiya Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi ilə birlikdə narçılıqla bağlı “Ağ sənəd” hazırlayıb. Sənəddə narçılıqda mövcud vəziyyət, problemlər və onların həlli istiqamətləri, narçılığın gələcək perspektivdə Azərbaycanda qeyri-neft sektorunun inkişafına xidmət edəcəyi məqamlar qeyd edilib.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
5 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 5 saat əvvəl
-
6 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"

















