Azərbaycanda ilk dəfə ilin ilk rübündə 1 milyard dollara yaxın ixrac həyata keçirilib
2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanın qeyri-neft ixracı 23,2% artaraq 912,2 milyon ABŞ dolları səviyyəsinə çatıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə bildirir ki, Azərbaycanda ilk dəfədir ilin ilk rübündə 1 milyard ABŞ dollarına yaxın ixrac həyata keçirilir.
Ötən illərdən fərqli olaraq, qeyri-neft ixracının əsas hərəkətverici qüvvəsi elektrik enerjisi olub: “2023-cü ilin ilk üç ayı ərzində elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 mln. kVt·st, yəni 7,7 % artaraq 7 756,2 mln. kVt·st olub. 2023-cü ilin ilk rübündə Azərbaycanın elektrik enerji istehsalının 16,6%-i ixraca yönəlmişdir. Belə ki, cari ilin birinci rübü ərzində elektrik enerjisi ixracı 6,1 dəfə və ya 234,7 milyon artararaq 281,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin qeyri-neft ixracının strukturunda 6-cı mövqedə qərarlaşan elektrik enerjisinin ticarət gəlirləri 121,6 milyon ABŞ dolları dəyərində olmuşdur. Nəticə etibarı ilə, 2023-cü ilin elektrik enerjisi ixracı 2022-ci ilin yekun ixrac dəyərindən 2,3 dəfə çoxdur. Yalnız mart ayında isə elektrik enerjisi istehsalı 11,7%, ixracı isə 22 dəfə artıb”.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə qeyd edir ki, elektrik enerjisi ixracının əhəmiyyətli səviyyədə artımı Türkiyə Cümhuriyyətinə həyata keçirilən ixracın sürətli artımı ilə əlaqədardır. 2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7% artaraq 273,9 milyon ABŞ dolları təşkil etmişdir. Yalnız fevral ayında isə qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. Adıçəkilən ixrac dəyərinin əhəmiyyətli artımının əsas səbəbi elektrik enerjisi ilə əlaqədardır.
N.Hacızadənin təqdim etdiyi statistik məlumatlara əsasən 2023-cü ilin yanvar-mart ayları ərzində yeyinti məhsullarının ixracı 5,7% artaraq 169,9 milyon ABŞ dolları təşkil edib. Bu göstərici qeyri-neft ixracının 18,6%-ni təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 bənd daha azdır. 2023-cü ilin 3 ayı ərzində aqrar və aqrar-sənaye məhsullarının ixracı 3,4% artaraq 178,9 milyon ABŞ dolları təşkil edib. Sözügedən artımın əsas hərəkətverici qüvvəsi ötən illərdən fərqli olaraq kənd təsərrüfatına dayanan sənaye istehsalı ilə əlaqədardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar-sənaye məhsulları ixracı 19,6 milyon ABŞ dolları və ya 56,3% artıb. Adıçəkilən sənayenin istehsalının artımı emal edilən heyvan mənşəli məhsullar və alkoqollu və alkoqolsuz içkilər hesabına baş verib. Bu içkilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 31 d. əvvəl
-
-
55 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
59 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir























