970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

"Asel Kredit" BOKT-un xalis mənfəəti 4 dəfəyə yaxın artıb

AzVak-mobil_resmin_ustu_31
"Asel Kredit" BOKT-un xalis mənfəəti 4 dəfəyə yaxın artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Asel Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 167 min manat xalis mənfəətlə başa vurub.

BOKT-un maliyyə hesabatına görə, bu, 2021-ci illə müqayisədə 3,7 dəfə çoxdur.

Ötən il "Asel Kredit"in vergiyəqədərki mənfəəti 209 min manat (əvvəlki ilə nisbətən 3,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 42 min manat (3,8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Asel Kredit"in aktivləri 8,029 milyon manat olub ki, bu da illik müqayisədə 13,7 % çoxdur. Bunun 6,558 milyon manatı müştərilərə verilmiş kreditlər və digər aktivlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 2,4 % böyüyüb.

Hesabat dövründə "Asel Kredit"in öhdəlikləri 20,9 % artaraq 4,386 milyon manata, balans kapitalı isə 6 % artaraq 3,642 milyon manata çatıb.

Xatırladaq ki, "Asel Kredit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.

© “Report” 

Asel Kredit bank olmayan kredit təşkilatı BOKT
17.04.2023 14:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19