Rusiya 2023-cü ildə Çinə qaz nəqlini 50% artıracaq
Rusiya bu il Çinə boru kəməri ilə qaz tədarükünü 50% artıraraq 22 milyard kubmetrə çatdıracaq.
Marja xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, yaxın iki ildə Rusiya Federasiyasının "Sibirin gücü" boru kəmərinin layihə gücünə çatacaq.
"2022-ci ilin yekunlarına görə Çinin Rusiyadan neft, qaz və kömür tədarükü artıb. Ötən il 15 milyard kubmetr qaz tədarük edilib, 2023-cü ildə biz 22 milyard kubmetr proqnozlaşdırırıq - bu, demək olar ki, 50% artımdır",- Novak bildirib.
Sibirin gücü Rusiyanın şərqindəki ən böyük qaz nəqli sistemidir, boru kəmərinin ixrac gücü 38 milyard kubmetrdir. Rusiya qazının şərq marşrutu ilə (boru kəməri ilə) Çinə ilk tədarükü 2014-cü ildə Qazprom və Çinin CNPC arasında imzalanmış 30 illik müqavilə əsasında 2019-cu ilin dekabrında başlayıb. Müqavilənin məbləği 400 milyard dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)





