“Gəncə -Şərab-2”nin xalis mənfəəti azalıb
Şərab, konyak və araq istehsalçısı “Gəncə -Şərab-2” ASC 2022-ci ili 2 milyon 579 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 3 milyon 254 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Gəncə -Şərab-2”nin xəlis mənfəəti 675 min min manat və ya 20,7% azalıb.
Marja.az Şirkətin 31 dekabr 2022-ci il tarixinə olan maliyyə hesabatına istinadən xəbər verir ki, “Gəncə -Şərab-2” ASC-nin satışdan gəlirləri 2021-ci ildə 15 milyon 386 min manat ikən, 2022-ci ildə 15 milyon 199 min manata düşüb (187 min manat azalıb). Satışın maya dəyəri isə 2 milyon 73 min manat artaraq 13 milyon 293 min manat təşkil edib. Maya dəyərinin artması ilə əlaqədar olaraq Şirkətin ümumi mənfəəti 2,2 dəfə azalaraq 2021-ci ildəki 4 milyon 167 min manatdan 2022-ci ildə 1 milyon 907 min manata geriləyib.
Gəncə şərab zavodunun əsası 1984-ci ildə qoyulmuşdur. Zavod 1998-ci ildə tamamilə rekonstruksiya olunmuşdur. “Gəncə-Şərab” şirkətinin mütəxəssisləri 400 hektar ərazidə üzüm bağları salıblar. Bu gün bu üzüm bağlarında “Mədrəsə”, “Rkatsiteli”, “Bayan-Şirə” “Cabernet Sauvignon”, “Chardonnay”, “Merlot”, “Pinot”, “Şiraz”, “Saperavi” kimi qiymətli üzüm sortları yetişdirilir.
Şirkətin markalarından "Yeddi Gozel", "Qız qalası", "Sevgilim", "Hillside", "Sauvignon Blanc", "Rusinka Vodka", "Zolotoe Koltso", "Banketnaya", "Belaya Vorona"nın adlarını qeyd etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)





