Əsas neft ölkələri hasilatı könüllü şəkildə azaltmağa başlayıblar
OPEC+ sazişində iştirak edən bir sıra ölkələr 2023-cü ilin sonuna qədər davam edəcək neft hasilatının könüllü olaraq azaldılmasına may ayında başlayıb. Hasilatın ümumi azalması gündəlik 1,66 milyon barel təşkil edəcək.
Marja xəbər verir ki, ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi OPEC+ ölkələri gözlənilmədən aprelin 3-də alyansın nazirlər səviyyəsində monitorinq iclasından bir gün əvvəl may ayından 2023-cü ilin sonuna kimi neft hasilatının könüllü olaraq azaldılmasını elan ediblər. Monitorinq iclasından sonra OPEC-in saytında dərc olunan bəyanatda hasilatın azaldılması ilə bağlı qabaqlayıcı tədbirlərin neft bazarında sabitliyin qorunmasına yönəldiyi bildirilib.
Ümumilikdə doqquz OPEC+ ölkəsi hasilatı əlavə azaldacağını elan edib. Səudiyyə Ərəbistanı hasilatını könüllü olaraq gündəlik 500 min barel, İraq 211 min barel, BƏƏ 144 min barel, Küveyt 128 min barel, Qazaxıstan 78 min barel, Əlcəzair 480 min barel, Oman 40 min barel, Qabon 8000 min barrel azaldacaq. Rusiya hasilatını ilin sonuna qədər gündəlik 500 min barel azaldacaq.
Hasilatın könüllü azaldılması həcmi OPEC+-ın 2022-ci ilin noyabrından etibarən gündəlik 2 milyon barel azaltma planına əlavə olacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
13 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















