Azərbaycan külək enerjisi sahəsində təcrübə mübadiləsi üzrə Belçika ilə razılaşdı
Energetika naziri Pərviz Şahbazov Belçika Krallığına səfəri çərçivəsində bu ölkənin energetika naziri Tinne Van der Straeten ilə görüşüb.
Görüşdə Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığına uyğun olaraq Azərbaycandan təbii qaz və bərpa olunan enerji tədarükü üzrə həyata keçirilən layihələr barədə məlumatlar verilib.
Əlavə qaz təchizatı üçün Cənub Qaz Dəhlizi və "Həmrəylik Halqası" marşrutlarının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstanı birləşdirən və Bolqarıstanın da maraq göstərdiyi "yaşıl enerji" bağlantısı, həmçinin Şimal dənizində Belçikanın külək enerjisi layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Dənizdə külək enerjisindən istifadə sahəsində Belçika ilə təcrübə mübadiləsi üzrə əməkdaşlıq etməyə dair razılıq əldə edilib.
Tinne Van der Straeten Bakı Enerji Forumunda iştirak etmək üçün Azərbaycana dəvət edilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 8 d. əvvəl
- 15 d. əvvəl
- 26 d. əvvəl
-
33 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 34 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























