Norveç Mərkəzi Bankı da faizini artırdı
Norveç Mərkəzi Bankı gözləntilərə uyğun olaraq faiz dərəcələrini 0,25 faiz bənd artıraraq 3,25%-ə çatdırıb. Norveç Mərkəzi Bankının sədri Ida Wolden Bache izah edib ki, kron gözləniləndən daha zəif qalsa, daha yüksək faiz dərəcəsi tələb oluna bilər.Norveç Mərkəzi Bankı faiz dərəcələrini 0,25 faiz bəndi də artıraraq 3,25%-ə çatdırıb. Marja xəbər verir ki, sorğuya qatılan bütün iqtisadçılar 0,25 faiz bəndi artım proqnozlaşdırmışdılar.
Borclanma xərclərini 2008-ci ildən bəri ən yüksək səviyyəyə qaldıran Norveç Mərkəzi Bankı, kronun zəifləməsi inflyasiyanı gücləndirdiyi üçün daha da sərtləşdirmənin aparılacağına işarə edib. Digər tərəfdən, analitiklər qeyd edirlər ki, faiz çox güman ki, gələn ay daha da artırılacaq.
Norveç Mərkəzi Bankının qubernatoru Ida Wolden Bache, "Kron gözləniləndən daha zəif qalsa və ya iqtisadi təzyiqlər davam edərsə, əvvəllər gözləniləndən daha yüksək faiz dərəcəsi tələb oluna bilər" deyib.
Ölkədə daha yüksək maaş artımı və kronun ucuzlaşması ilə inflyasiyanın yüksək səviyyədə qalacağı gözlənilir.
Tarixən neft qiymətlərini izləyən kron, 2020-ci ilin martından bəri avroya nisbətdə ən aşağı səviyyəsinə çatıb. Digər tərəfdən, dünyanın ən çox ticarət edilən valyutaları olan G-10 qrupu arasında bu il kron həm dollar, həm də avro qarşısında ən böyük ucuzlaşan valyutadır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
14 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























