Türkiyədə seçkilərdən sonra üçün bazar ssenariləri - "MÜXALİFƏT QALİB GƏLƏRSƏ..."
Danimarkanın ən böyük bankı olan "Danske Bank" Türkiyədə seçkilərdən sonra Ərdoğanın rəhbərlik etdiyi hökumətin hakimiyyətdə qalmasının bazarlara məhdud təsir göstərəcəyini, lakin müxalifətin seçkilərddə qalib gələcəyi təqdirdə pul siyasətində "sürətli normallaşma" gözlədiklərini bildirib.Danimarkanın ən böyük bankı olan "Danske Bank", mayın 8-də dərc etdiyi arayışında, 14 mayda keçiriləcək seçkilərdən sonra Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) həyata keçirəcəyi pul siyasəti və bazarların reaksiyası ilə bağlı qiymətləndirmələr aparıb.
Marja.az xəbər verir ki, "Danske Bank"ın baş analitiki Minna Kuusistonun hazırladığı arayışda, seçkilərdəndən sonra Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hökumətin iqtidarının davam etməsinin bazara məhdud təsir göstərəcəyi bildirilib. Bununla belə, müxalifətin seçkidə qalib gələcəyi təqdirdə pul siyasətində “sürətli normallaşma” gözlədikləri qeyd edilib.
"Danske Bank" müxalifətin seçkidə qalib gələcəyi təqdirdə Mərkəzi Bankın uçot dərəcəsini 30 faizdən yuxarı qaldırılacağını proqnozlaşdırır. Faizin artırılmasının yəqin ki, qısa müddətdə lirədə həddindən artıq volatillik yaradacağını qeyd edən bank rəsmisi, “Ancaq orta müddətli dövrdə lirə əhəmiyyətli dərəcədə bahalaşa bilər. Müxalifətin qələbəsi iqtisadi siyasətdə həlledici dönüş demək olsa da, AKP-nin dövlət idarələrində geniş mövcudluğu bir çox cəhətdən iqtidarın imkanlarını məhdudlaşdıra bilər”,- deyib.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub

























