ABŞ-ın Energetika Nazirliyi dünyada neftə tələbatın artacağı ilə bağlı proqnozunu artırıb
ABŞ Energetika Nazirliyi dünyada neft tələbatının artımı proqnozunu gündə 200 min barel artırıb.ABŞ Energetika Nazirliyi 2023-cü ildə neftə qlobal tələbin artımı üzrə proqnozunu 200 min barel artıraraq gündəlik 1,6 milyon barrelə qaldırıb. 2024-cü il üçün tələb artımı proqnozunu isə 1,8 milyondan 1,7 milyon barrelə endirib.
Marja xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) aylıq qısamüddətli proqnozlarında bildirilir.
"Bizim proqnoza görə, qlobal maye istehlakı 2023-cü ildə gündəlik 1,6 milyon barel, 2024-cü ildə isə 1,7 milyon barel artacaq. Bu, Çin və Hindistan başda olmaqla, Asiya ölkələrində tələbin artması ilə baş verəcək”, - məlumatda deyilir.
Energetika Nazirliyi aprel hesabatında 2023-cü ildə dünyada neftə tələbatın gündəlik 1,4 milyon barel artacağını proqnozlaşdırmışdı. 2024-cü ildə nazirlik gündəlik tələbatın 1,7 milyon barel artacağını gözləyirdi.
Energetika Nazirliyi hazırda qlobal tələbatın 2023-cü ildə gündəlik 100,99 milyon barrelə, gələn il isə 102,71 milyon barelə çatacağını proqnozlaşdırır.
ABŞ Enerji İnformasiya Administrasiyası çərşənbə axşamı yaydığı hesabatda bildirib ki, ABŞ Energetika Nazirliyi 2023-cü il üçün Brent markalı neftin qiyməti proqnozunu əvvəlki proqnozundaki 85 dollardan təxminən 7,5% azaldaraq 78,65 dollara endirib.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü ildə eyni markalı neftin qiyməti ilə bağlı proqnozu 8,3% azaldaraq bir barel üçün 81 dollardan 74,47 dollara endirib.
Bundan əlavə, ABŞ 2023-cü ildə ölkədə gündəlik neft hasilatı proqnozunu 10 min barel artıraraq gündəlik 12,53 milyona çatdırıb. 2024-cü ildə gözlənilən hasilat həcmi təqribən 12,69 milyon barel/gün təşkil edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
13 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























