Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Veysəloğlu Distribusiya” şirkəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turniri keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Veysəloğlu Distribusiya” şirkəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turniri keçirib

(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil edib.

Əməkdaşlarının asudə vaxtının səmərəli təşkili və komanda ruhunun yüksəldilməsi məqsədi ilə təşkil edilən “2-ci Veysəloğlu Şahmat Turniri” ənənəvi olaraq şirkət əməkdaşları arasında keçirilib. 28 nəfər əməkdaşın iştirak etdiyi və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunan turnirdə 1-ci yerə Vüqar Xəlilov, 2-ci yerə Nofəl Xəlilov və 3-cü yerə Yaşar Həsənov layiq görülüb. Digər turnir iştirakçıları isə sertifikatlarla  təltif olunublar. 

“Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 3500-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur (www.veyseloglu.az). Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.

Veysəloğlu Distribusiya
10.05.2023 13:57
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ

Ən çox oxunanlar