Azərbaycan və Rusiyanın Dəmir Yolları razılaşdı
Rusiyanın paytaxtı Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanov ilə “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, görüşdə yük və sərnişin daşımalarının inkişafı üzrə təkliflər, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, Rəşt-Astara (İran) dəmir yolunun tikintisi, eləcə də müxtəlif layihələrin reallaşması üzrə qarşılıqlı dəstək və digər məsələlər müzakirə edilib.
İkitərəfli görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlərdən danışılıb. C.Qurbanov bildirib ki, Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib, Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi artıq başa çatıb. Həmçinin, sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib: "Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir. Bu istiqamətdə də işlər davam edir".
C.Qurbanov qeyd edib ki, Azərbaycan və İran dəmir yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı” layihəsi üzrə müqavilə də imzalanıb. Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir. Müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.
O.Belozyorov Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildirib.
Görüşdə Azərbaycan tərəfinin təklifi ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarının həcminin artırılması məqsədilə, mərkəzi Bakı şəhərində olmaqla Əlaqələndirmə Şurasının yaradılması barədə razılıq əldə olunub.
Görüşün sonunda “ADY” QSC ilə “RDY” ASC arasında “Dəmir yolu ilə beynəlxalq yük daşımalarında məlumatların elektron mübadiləsi haqqında” saziş imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















