"İpoteka krediti deyiləndə ilk müraciət edilən banklardan biri də BTB-dir"
"Hal-hazırda bazarda mikrokreditlərə böyük maraq vardır və bu da təbiidir, çünki daha çox insan bizneslə məşğul olmağa başlayır, ailə təsərrüfatları biznes konyukturaya qoşulur. Biz də bu trendlərə uyğun olaraq hər bir sahibkar qrupu üçün kreditləşmə və xidmət imkanlarını daha da təkmilləşdirməyə davam edirik".
Bunu Marja.az-a müsahibəsində Bank “BTB” ASC-nin İdarə Heyəti Sədrinin müavini, İdarə Heyətinin üzvü Zaur Yusifov bildirib.
Bankın Sədr müavini qeyd edib ki, bu əsasla Bank “BTB”nin biznes kredit portfeli keçən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 70 milyon manat təşkil edir: Həmçinin bu ilin 1-ci rübü ərzində istehlak kreditləri sahəsi üzrə 1100 müştəriyə 6 milyon manat kredit rəsmiləşdirilmişdir, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 31% artım deməkdir. Hazırda Bankın kredit portfeli 264 milyon manat təşkil edir".
Zaur Yusifov vurğulayıb ki, ipoteka krediti deyiləndə ilk müraciət edilən banklardan biri də Bank BTB-dir: "İpoteka kreditləşməsinin həyata keçirilməsində uğurlu olmağımız komandamızın bu sahədə çevikliyi və profesionallığıdır. Həmçinin ipoteka kreditləri üçün müvafiq alətlərin mövcudluğu, kreditin əldə edilməsi üçün proseslərin tez və rahat şəkildə icrası yüksək müştəri xidməti və məmnuniyyətini yaradır. Bunun nəticəsidir ki, Bank BTB ipoteka kreditləri üzrə indiyədək 5000-ə yaxın müştəriyə xidmət göstərmişdir. Bununla yanaşı Mənzil İnşaatı Dövlət Agentliyi ilə əməkdaşlıq dövrü ərzində 1500-ə yaxın müştəriyə 50 milyon manatdan çox kredit rəsmiləşdirildiyini qeyd etmək istərdim. Bundan sonrakı dövrlərdə də bu inkişaf tendensiyasını artırmaqda israrlıyıq".
“BTB” ASC-nin İdarə Heyəti Sədrinin müavini əlavə edib ki, Bank "BTB" bu ilin 1-ci rübünü 888 min manat xalis mənfəətlə başa vurub: "Ötən ilin eyni dövrü nəticələrinə baxsaq bu 127% artım deməkdir. Aktivlərin cəminə nəzər yetirsək bu göstəricidə də 5.5% artım var, hal hazırkı aktivlərimiz 376 milyon manat təşkil edir. Faiz və qeyri-faiz gəlirlərində də ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb və nəticədə əməliyyat mənfəətimiz 130% artıb. Bankın müddətli depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 4% artmışdır. Bankın məcmu kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 55 milyon manat təşkil edir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
9 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
9 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
10 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
10 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb











.jpg)










