"Azmikroinvest" BOKT kiçilib və ötən ili zərərlə başa vurub
"Azmikroinvest" Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
Şirkətin maliyyə hesabatlarına görə, "Azmikroinvest" Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ili 12 min manat xalis zərərlə başa vurub. 2021-ci ildə şirkət 100.8 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə müştərilərə 859.8 min manat ( əvvəlki illə müqayisədə 28% az) kredit verərək 177.7 min manat (əvvəlki illə müqayisədə 40% az) xalis faiz gəliri əldə edib. Qeyri faiz gəlirləri 5.7 min manat olar şirkətin əməliyyat mənfəəti 160.4 min manata (əvvəlki illə müqayisədə 2 dəfə az) bərabər olub. İnzibati və digər xərclərin əməliyyat mənfəətini üstələməsi nəticəsində şirkət ötən ili zərərlə başa vurub.
"Azmikroinvest" Bank Olmayan Kredit Təşkilatı MMC ötən il kiçilib. Belə ki, 2022-ci ildə şirkətin cəmi aktivləri 8.6% azalaraq 1 milyon 585,2 min manat təşkil edib.
2023-cü il yanvar ayının 1-nə şirkətin cəmi kapitalı 8.4% azalaraq 1 milyon 585.6 min manata bərabər olub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 23 d. əvvəl
-
-
48 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
50 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur























