Dünyanın aparıcı su mühəndisləri və mütəxəssisləri 30 mayda Bakıda toplaşacaqlar

“Aqualink” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə 30 may 2023-cü il tarixində Bakıda artıq ikinci dəfə təşkil ediləcək Xəzər Su İnnovasiya Forumu bu dəfə də öz zəngin mövzu və qonaqları ilə fərqlənəcək.
Bu ilki Foruma dünyanın 15 ölkəsindən 26 aparıcı şirkət, o cümlədən 60 dan çox peşəkar mütəxəssislər qatılacaqlar. Tükənən şirin su ehtiyyatları, dəyişən iqlim şəraiti və qlobal istiləşmə dünyada hər kəsin diqqətini içməli su və onun səmərəli idarəedilməsinə yönəltdiyi bir dönəmdə Xəzər Su İnnovasiya Forumu dünyanın su sənayesinin aparıcı iştirakçılarını ölkəmizdə cəmləşdirəcək.
Əsas mövzusu su ehtiyyatlarının idarə edilməsi, tullantı su sistemləri və ətraf mühitə təsirləri, su sənayesində innovasiya və səmərəli həllərinə həsr olan Forum xarici və yerli mütəxəssis, dövlət nümayıəndələrinin çıxışları ilə adıçəkilən mövzuları əhatə edəcəkdir. Forumda ölkəmiz və regionumuz üçün əhəmiyyətli olan bu mövzular üzrə peşəkar rəylər, çıxış və təqdimatlar, yeni texnologiyaların nümayişi, gələcək çağırışlar və onlara qarşı hazırolma üsulları, iştirakçılar və izləyicilər üçün əlverişli bilik və bacarıqlar, əməkdaşlıq imkanları veriləcəkdir.
Su texnologiyaları və kimya həlləri sahəsində dünyanın aparıcı şirkətlərindən olan “AO Smith”, “Nijhuis Saur İndustries”, “Unidro”, “PWNT”, “ARC Water Technologies", “Jumo” şirkətlərinin baş sponsorluğu “Ultraaqua”, “Sirab” və “Azərsu” ASC-nin sponsorluğu ilə təşkil ediləcək Forumda Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Niderland, Danimarka, Belçika krallıqlarınin, Türkiyə, Ukraina, İzrail, Yaponiya və s. ölkələrinin aparıcı və tanınmış şirkətləri öz təcrübələrini yerli sahibkarlarımızla paylaşacaqlar.
Ölkəmizdə gedən iqtisadi inkişaf, quruculuq işləri və dövlətimizin su ehtiyyatlarına qorunması, səmərəli idarə edilməsinə diqqəti dünyanın bir çox şirkətlərinin marağına səbəb olmuşdur ki, Forumda aşağıda adları çəkilən aparıcı şirkətlər rəhbərlik səviyyəsində işitrak edərək, öz təcrübələrini paylaşacaq, yeni texnologiya və çözümlərini təqdim edəcək, eyni zamanda yerli sahibkarlarımızla əməkdaşlıq imkanlarını dəyərləndirəcəklər.
-AO Smith (ABŞ)
-Aqua-chem (ABŞ)
-Evoqua (ABŞ)
-Hach (ABŞ)
-Nitto Hydranautics (ABŞ)
-İDE Technologies (İzrail)
-Palgey maim (Agrigo) (İzrail)
-Atlantium Technologies (İzrail)
-Amiad (İzrail)
-Nijhuis (Avropa)
-Unidro (Avropa)
-PWNT (Avropa)
-Stereau (Avropa)
-Byosis (Avropa)
-Jumo (Avropa)
-Ecosoft (Avropa)
-Wilo pumps (Avropa)
-Waterlogic by Culligan (Avropa)
-Ultraaqua(Avropa)
-ARC Water Technologies (Türkiyə)
-Chemya A.S. (Türkiyə)
-Bimaks Kimya (Türkiyə)
-Akkim (Türkiyə)
-Filternox (Türkiyə)
-Kurita (Yaponiya)
-LG Chem (Koreya)
Xəzər Su İnnovasiya Forumu Caspian Energy Clubun netvörkinq tərəfdaşlığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlıq dəstəyi ilə 30 May 2023-cü il tarixində ölkəmizdə sudan səmərəli istifadəni təşviq edəcək, su ehtiyyatlarının və sənayedə suyun idarə edilməsində ən qabaqcıl yeniliklərlə ölkə sənayesinə öz töhfəsini verəcəkdir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi, “Azərsu” ASC-nin sponosrluğu, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatının dəstəyi və “Gələcək üçün su” şüarı ilə təşkil ediləcək Xəzər Su İnnovasiya Forumuna siz də dəstək olun. Bu fürsəti əldə qaçırmayın!İştirak etmək üçün internet səhifəmizdən və sosial şəbəkə ünvanlarımızdan bizə yazın. Gəlin, gələcəyimiz üçün suyumuzu birlikdə qoruyaq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
-
9 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
