"Unicapital"dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili Bazar
Bu həftə AR Maliyyə Nazirliyinin 5 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Yerləşdiriləcək həcm 20 milyon olacaq. Faiz gəliri 7,5% olaraq qeyd edilib. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
AR Mərkəzi Banklarının notlarında gəlirliliklər artmaqdadır. Belə ki, keçən həftə keçirilən 28,84,168 və 252 günlük not hərraclarında orta ölçülmüş gəlirliliklər 7.38%-9.05% (bundan öncəki 6.89%-8.90%) aralığında olmuşdur.
Qlobal bazar
ABŞ-da keçən həftə aprel ayı üçün aylıq və illik inflyasiya göstəriciləri açıqlanıb. Aylıq inflyasiya gözləntiyə uyğun olaraq 0,4% açıqlanıb. Qeyd edək ki, əvvəlki ay üçün inflyasiya göstəricisi 0,1% olub. İllik inflyasiya isə gözləntilərdən (5%) fərqli olaraq daha az 4,9% açıqlanıb.
Prezident Co Bayden, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti və digər Konqres liderləri defolt qarşısını almaq və büdcə danışıqlarını müzakirə etmək üçün bu həftənin çərşənbə axşamı görüşməyi planlaşdırırlar. Bloomberqin verdiyi məlumata əsasən Bayden bazar günü Delaver ştatında jurnalistlərə bildirib ki, Yaponiyada sammitə getməzdən cəmi bir gün əvvəl çərşənbə axşamı McCarthy ilə görüşəcəyini gözləyir. Müzakirələrlə tanış olan şəxs görüşün o zaman gözlənildiyini təsdiqləyib, həmçinin planların dəyişə biləcəyini də qeyd edib. Bir neçə aydır ki, Prezident və respublikaçı spiker hökuməti arasında borc limitinin daha da artırıla bilməsi səbəbindən qarşıdurma artıb. Qeyd edək ki, qısa müddətli və ya texniki olaraq defolt halının baş verməsi belə dünya iqtisadiyyatına neqativ təsir edə bilər. Qeyd edək ki, Bayden razılaşmanın əldə oluna biləcəyinə ümid edir.
Türkiyədə ötən həftənin bazar günü prezident seçkiləri keçirilib. Nəticələrə görə Rəcəb Tayib Ərdoğan 49,4%, Kamal Kılıçdaroğlu isə 44,96% səs toplayıb. Heç bir namizəd 50% baryeri keçə bilmədiyi üçün seçkilərin ikinci turu may ayının 28-i keçiriləcək.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
16 saat əvvəl
Alüminiumun qiyməti 2022-ci ildən bəri ilk dəfə 3 min dollar səviyyəsini keçdi
-
1 gün əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
-
1 gün əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
2 gün əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 2 gün əvvəl
-
2 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
2 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
3 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 3 gün əvvəl
- 3 gün əvvəl
- 3 gün əvvəl
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə



























