Rusiya iqtisadiyyatının kiçilməsinin əvvəlki proqnozdan daha az olacağı gözlənilir
Rusiya iqtisadiyyatının 2023-cü ildə 1,5 faiz azalmadan sonra, 2024-cü ildə 1% artıma qayıdacağı gözlənilir.Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Rusiyada iqtisadi azalma proqnozunu iki dəfə azaldaraq 1,5%-ə endirib və 2024-cü ildə ÜDM-in artımı proqnozunu dəyişməyərək 1% səviyyəsində saxlayıb.
Marja xəbər verir ki, Bu barədə bankın regionda iqtisadiyyatın vəziyyəti ilə bağlı çərşənbə axşamı dərc olunmuş hesabatında deyilir.
Fevral ayında yayılan əvvəlki proqnozda n 2023-cü ildə Rusiya iqtisadiyyatının 3% azalacağı, gələn il isə 1% artacağı deyilirdi.
Əvvəllər mərkəzi ofisi Londonda yerləşən Bankın ekspertləri Rusiya iqtisadiyyatının 2022-ci ildə 3,5% azalacağını gözləyirdilər. Çərşənbə axşamı dərc edilən hesabatda qeyd edildiyi kimi, azalma 2,1% təşkil edib. Bunun əsas səbəbi kimi “yüksək enerji qiymətlərinin irimiqyaslı sanksiyaların mənfi təsirini qismən yumşaltması” göstərilir. Eyni zamanda, AYİB bildirir ki, enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi və Qərb ölkələrinin Rusiya nefti və neft məhsullarının qiymətlərinə yuxarı həddi tətbiq etməsi “ixracın həcminə və dövlət gəlirlərinə mənfi təsir göstərib”.
"Yeni sanksiyaların təsiri nəticəsində iqtisadiyyatın 2023-cü ildə yenidən 1,5% kiçilməsi gözlənilir. Bununla belə, bu, neftin qiymətinin artması gözləntiləri və neft ticarətinin yönləndirilməsi ilə əlaqədar olaraq fevral ayında verilən proqnozların yuxarıya doğru yenidən nəzərdən keçirilməsi deməkdir. 2024-cü ildə artıma qayıdış gözlənilir ki, bu da proqnoza görə 1% olacaq. Kredit təşkilatı qeyd edib ki, Rusiya iqtisadiyyatı Ukraynadakı münaqişənin gedişatından və beynəlxalq sanksiyaların ölkəyə təsirindən asılı olacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























