Rayonlardakı iş adamlarının sərfəli kreditə asan çıxışı üçün proqram hazırlanır
Azərbaycanın regionlarında kiçik və orta sahibkarların daha sərfəli kreditlərə çıxışını formalaşdırmaq üçün xüsusi proqram hazırlanır.
Bunu "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev deyib.
O qeyd edib ki, KOB sahəsi ən vacib seqmentlərdən biridir:
"Azərbaycan Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyi və Banklar Assosiasiyası ilə birgə bu mövzu ilə bağlı işlər görürlər. İnanırıq ki, bu proqram sayəsində kreditlər kiçik və orta sahibkarlara daha sərfəli şərtlərlə təqdim olunacaq. İlin sonuna kimi bu proqramın icrasına başlanacağı gözlənilir", - C. Quliyev bildirib.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov dünən açıqlamasında bildirmişdi ki, KOB subyektlərinin kənar maliyyələşmə mənbəyi kimi əsasən banklar çıxış edir və burada əsas narahatlığı yüksək faizlər və sərt girov tələbləri doğurur: "Bununla yanaşı mikro və kiçik sahibkarlara banklar tərəfindən güzəştli kreditlərin verilməsinə marağın olmaması və sahibkarlara daxili öz kreditlərinin təklif olunması, eləcə də, çıxarışı olmayan torpaq sahələrinə güzəştli kreditlərin verilməməsi kimi hallarla əlaqəli müraciətlər daxil olmaqdadır".
KOBİA rəhbəri əlavə edib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən güzəştli kreditlərin əldə edilməsi zamanı zaminlik və rəsmi gəlir çətinliyinin olması da problemlər sırasında yer alır: "Başqa bir çətinlik isə regionlarda olan girov təminatının əksər hallarda banklar tərəfindən qəbul edilməməsidir. Biz bu problemlə bağlı həm Mərkəzi Bankla, həm də Banklar Assosiyasiyası ilə aktiv iş aparırıq".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
49 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























