Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı saziş imzalayıb -1,6 MİLYARD DOLLARLIQ LAYİHƏ
Rusiya və İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin sonuncu dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalayıblar.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərindən Hindastanın Mumbay şəhərinə malların çatdırılması təxminən 10 gün çəkəcək. Müqayisə üçün qeyd edək ki, indi müddət 30-45 günə qədərdir.
Rusiya Baş nazirin müavini Aleksandr Novak bildirib ki, layihənin dəyəri 1,6 milyard avrodur. Bu məbləğin 1,3 milyard avrosu Rusiyanın dövlət krediti olacaq.
İranda Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi 4 il çəkəcək Bildirilib ki, artıq layihələndirmə işləri aparılır.
Bu gün Rusiya Prezidenti Vladimir Putin İran prezidenti Seyid İbrahim Rəisi ilə videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı sazişin imzalanmasında iştirak edib.
Şimal-Cənub dəhlizi - Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələri və Hind okeanı ilə birləşdirən dəniz yoluna alternativdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib





















