Azərbaycanın xarici ticarətində hər 1000 dolların 200 dolları Rusiyaya gedir
Azərbaycan ən çox malları Rusiyadan alır2023-cü ilin ilk 4 ayında Azərbaycanın Rusiyadan malların idxalının dəyəri 1 milyard 37 milyon 744 min dollar təşkil edib. Bu, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 343 milyon 165 min dollar və ya 49,4% çoxdur. 2022-cü ilin ilk 4 ayında Azərbaycanın Rusiyadan malların idxalının dəyəri 694 milyon 579 min dollar təşkil etmişdi.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan idxalın Azərbaycanın cəmi idxalında xüsusi çəkisi 19,59% təşkil edib. 2022-ci ilin ilk 4 ayında bu nisbət 17,19% idi.
2023-cü ilin ilk 4 ayında Azərbaycandan Rusiyaya malların ixracı 349 milyon 476 min dollar təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 150 milyon 590 min dollar və ya 75,7% çoxdur.
2023-cü ilin ilk 4 ayında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1 milyard 387 milyon 220 min dollar olub. Azərbaycan Rusiya ilə ticarətdə 688 milyon 268 milyon dollar mənfidədir (idxalı ixracını üstələyir).
2023-cü ilin ilk 4 ayında Azərbaycanın Çindən idxalı 152 milyon 237 min dollar və ya 24,5% artaraq 772 milyon 787 min dollar, Türkiyədən idxalı isə 70 milyon 757 min dollar və ya 10,3% artaraq 758 milyon 190 min dollar təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 882 milyon 674 min ABŞ dolları təşkil edib. O cümlədən, ixrac əməliyyatları 12 milyard 584 milyon 813 min ABŞ dolları, idxal əməliyyatları 5 milyard 297 milyon 861 min ABŞ dolları olub. Nəticədə 7 milyard 286 milyon 951 min ABŞ dolları saldo yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 33 d. əvvəl
-
-
57 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
1 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
1 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir





















