Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu il əhalinin gəlir gətirən müddətli əmanətləri cəmi 172 milyon manat artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il əhalinin gəlir gətirən müddətli əmanətləri cəmi 172 milyon manat artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı əhalinin cəmi əmanətləri barədə yeni rəqəmləri açıqlayıb. Əhalinin əmanətlərinə müddətli və tələbli əmanətlər, sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxildir. 

Marja.az xəbər verir ki, 01.05.2023-cü il tarixində əhalinin əmanətləri 12 milyard 211.6 milyon manat təşkil edib. Aprel ayında əhalinin cəmi əmanətləri 247,2 milyon manat artıb. 

Reklam_3_11

Əhalinin cəmi əmanətləri yanvarın əvvəlində 11 milyard 743 milyon manata, aprelin əvvəlində isə 11 milyard 964.4 milyon manata çatmışdı. 

2023-cü ilin ilk 4 ayı ərzində əhalinin cəmi əmanətləri 468,6 milyon manat artıb. 

Əhalinin əmanətlərinin 6 milyard 376,2 milyon manatını müddətli, 5 milyard 579,2 milyon manatını tələbli əmanətlər təşkil edib. Apreldə müddətli əmanətlər 64,8 milyon manat, tələbli əmanətlər isə 171,2 milyon manat artıb. 2023-cü ilin ilk 4 ayında isə müddətli əmanətlər 172,1 milyon manat, tələbli əmanətlər isə 300,4 milyon manat artıb.

Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri ilk 4 ayda (yanvar-aprel) 3,8 milyon manat azalıb, aprel ayında isə 11,3 milyon manat artıb.

Əhalinin əmanətləri (milyon AZN)

01.05.2023     12211.6

01.04.2023     11964.4

01.03.2023     11901.8

01.02.2023     11928.5

01.01.2023     11743.0

Müddətli əmanətlər:

Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.

Tələbli əmanətlər:

Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə faiz hesablanmır.

əhalininəmanətləri
23.05.2023 12:03

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar