Səudiyyə Ərəbistanının xəbərdarlığından sonra neft bahalaşıb
OPEC+ qiymətləri artırmaq üçün hasilatı daha da azalda bilər.Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman, OPEC+ alyansının ilin ikinci yarısı üçün hasilat siyasətini nəzərdən keçirəcəyi iclasından bir həftə əvvəl spekulyatorlara (möhtəkirlərə) “diqqətli olmalarını” bildirib.
Marja xəbər verir ki, bu xəbərdarlıq, ABŞ-ın borc tavanı ilə bağlı çıxılmaz vəziyyətin həllində irəliləyişin olmaması nəticəsində düşən neft qiymətlərini kompensasiya edib. Spiker Kevin MakKarti çərşənbə axşamı günü axşam bildirib ki, hər iki tərəf ilkin defoltdan qaçmaq üçün hələ razılığa gələ bilməyib.
"Bu açıqlama, OPEC-in qiymətləri dəstəkləmək üçün neft bazarına daha da müdaxilə edəcəyi ehtimalını artırır", - Sinqapurda yerləşən "Saxo Capital Markets" şirkətinin strateqi əlavə edib.
Sektor tərəfindən maliyyələşdirilən Amerika Neft İnstitutu, yüksəliş əhval-ruhiyyəsinə əlavə olaraq, ABŞ-ın xam neft ehtiyatlarının keçən həftə 6,8 milyon barrel azaldığını bildirib. Çərşənbə günü hökumət rəqəmləri tərəfindən təsdiqlənsə, bu, martın sonundan bəri ən böyük azalma olacaq.
Sıfır Covid siyasətindən imtina etdikdən sonra Çinin ləng iqtisadi bərpası, FED-in faiz dərəcələrini artırması və borc tavanı ilə bağlı son razılaşmanın olmaması proqnozlara mənfi təsir göstərdiyi üçün neft hələ də il ərzində aşağıdır. Sanksiyalara baxmayaraq, Rusiyanın neft ixracı da güclü olaraq qalır.
Bakı vaxtı ilə saat 09:35-sə Brent nefti 1,2% bahalaşama ilə 77,70 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























