Qlobal bazarlarda son vəziyyət
Ağ Ev və Respublikaçıların nümayəndələri borc limiti ilə bağlı danışıqlar üçün dünən yenidən bir araya gəlsə də, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin MakKarti gürüşdən sonra mətbuat konfransında bəzi məsələlərdə hələ də uzlaşmadan uzaq olduqlarını bildirərək, xərclərlə bağlı fikir ayrılıqlarına diqqət çəkib.
Bu gün danışıqların davam etdiriləcəyini, müzakirələrdə irəliləyiş əldə olunacağına ümid etdiyini bildirən MakKarti borc limiti ilə bağlı razılaşmanın əldə oluna biləcəyini istisna etməyib.
ABŞ prezidenti Co Baydenə vergiləri artırmayacaqlarını söylədiklərini ifadə edən MakKarti, danışıqlarda bir çox məqamda güzəştə getdiklərini müdafiə etdi.
MakKarti daha sonra verdiyi açıqlamada danışıqların davam etdiyini və "işlərin bir az yaxşılaşdığını" söylədi.
ABŞ Maliyyə Naziri Janet Yellen isə borc limitinin artırılması ilə bağlı xəbərdarlıqlarını təkrar edərək, defoltdan qaçmaq üçün razılaşmanın tezliklə əldə olunmasının vacibliyini vurğulayıb.
Digər tərəfdən, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən 2-3 may tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokolları, bəzi FED rəsmilərinin daha çox faiz artımına ehtiyac duya biləcəyini, digərlərinin isə buna razı olmadığını ortaya qoydu.
Protokollarda o da bildirilib ki, bir çox məmur maliyyə sistemində və ümumilikdə iqtisadiyyatda ciddi risklərin qarşısını almaq üçün borc limitinin vaxtında artırılmasının vacibliyini qeyd ediblər.
FED idarə heyətinin üzvü Kristofer Uoller qeyd edib ki, iyun toplantısında faiz artırıb-artmamaq qərarı gələcək üç həftənin məlumatlarından asılı olacaq.
Ueller, risklərin ehtiyatla idarə edilməsi gərəkdiyi üçün iyun iclasında faiz artımının ertələnəi, lakin gələn inflyasiya məlumatlarına əsasən iyul ayında növbəti artıma gedilə biləcəyini bildirib.
İnflyasiyanın 2 faizlik hədəfə doğru getdiyinə dair açıq-aşkar dəlillər olmadığı halda faiz artımının dayandırılmasını dəstəkləmədiyini qeyd edən Uoller, inflyasiyada irəliləyiş olmamasından narahatlığını dilə gətirib.
Bu gün isə Almaniyada və Amerikada açıqlanacaq Ümumdaxili Məhsulun Həcminə dair göstəricilər birjalarda ciddi olaraq izləniləcək. Həmçinin ABŞ-da işsizlik müavinatı üçün müraciətlərin sayı və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı investorların diqqət mərkəzində olacaq.
Amerikada günü-gündən artan defolt qorxularının “cash” dollara tələbi artırması fonunda qızıl ucuzlaşsa da, artan resessiya ehtimalları “güvənli liman”a tələbin artmasına səbəb olub. Odur ki, qızılın 4 saatlıq qrafikinə nəzər yetirdikdə, eniş tendensiyasının divergensiya ilə müşahidə edildiyini görərik. Qiymətli metalın bir unsiya üzrə qiyməti 2000$ səviyyəsindəki psixoloji müqavimət həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası yenidən bəpa oluna bilər.
Məlumat İnvestAz İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 35 d. əvvəl
-
10 saat əvvəl
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 2,5 dəfə artıb
“Qala Sığorta”nın mənfəəti azalıb
“65 mini səhhətimə görə almışam”
“A-Qrup Sığorta”nın xalis mənfəət 7 dəfə artıb
Ən çox oxunanlar
"Atəşgah Sığorta" 2025-ci ili xalis mənfəətlə başa vurub
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb
"Meqa Sığorta"nın xalis mənfəəti artıb


















