Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı. Gözlənildiyi kimi, TCMB faizini dəyişməz (sabit) saxladı.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, TCMB faizini 8,50% səviyyəsində saxlayıb.
İqtisadçıların gözləntiləri də faiz dərəcəsinin 8,50 faiz səviyyəsində saxlanılması idi.
Bankın press-relizində, “Sənaye istehsalındakı sürətlənmənin və məşğulluğun artması tendensiyanın qorunub saxlanması baxımından zəlzələdən sonra maliyyə şərtlərinin dəstəklənməsi daha da əhəmiyyət kəsb edir. Bu çərçivədə İdarə Heyəti siyasət faizini sabit saxlamağa qərar verib. İdarə Heyəti bu qənaətdədir ki, pul siyasəti mövqeyi qiymət sabitliyini və maliyyə sabitliyini qorumaqla zəlzələdən sonra lazımi bərpanı dəstəkləmək üçün kafidir", - bildirilir.
Bank seçkidən əvvəl aprelin 27-də keçirdiyi iclasda faiz dərəcəsini dəyişməmişdi. Sözügedən iclasın press-relizində qeyd olunmuşdu ki, “İdarə Heyəti pul siyasəti mövqeyinin qiymət sabitliyini və maliyyə sabitliyini qorumaqla zəlzələdən sonra lazımi bərpanı dəstəkləmək üçün kafi olduğu qənaətindədir”. Burada “kafi” ifadəsinin qorunub saxlanılması faiz dərəcəsinin indiki səviyyədə qalacağına dair gözləntiləri dəstəkləyir.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
36 d. əvvəl
"PAŞA Sığorta"nın maliyyə vəziyyəti açıqlanıb - GƏLİRLƏRİ VƏ MALİYYƏ MƏNFƏƏTİ ARTIB
- 55 d. əvvəl
-
-
10 saat əvvəl
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta"nın maliyyə vəziyyəti açıqlanıb - GƏLİRLƏRİ VƏ MALİYYƏ MƏNFƏƏTİ ARTIB
Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
“Atəşgah Həyat Sığorta”nın mənfəəti artıb
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
“65 mini səhhətimə görə almışam”
Ən çox oxunanlar
“A-Qrup Sığorta”nın xalis mənfəət 7 dəfə artıb
"Atəşgah Sığorta" 2025-ci ili xalis mənfəətlə başa vurub
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb



















