“m10” ilə yarmarkada nağdsız ödənişlər etmək mümkün olacaq
3-4 iyun tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcəkKənd Təsərrüfatı Nazirliyi tərəfindən 3-4 iyun tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Fəaliyyətində daimi olaraq innovativ yeniliklərdən istifadə edən “Kənddən Şəhərə” yarmarkası bu dəfə də yeniliklə vətəndaşların xidmətində olacaq. Belə ki, artıq yarmarkadan alış-veriş edən vətəndaşlar fermerlərlə həm nağd, həm də nağdsız şəkildə hesablaşa biləcəklər. Ölkəmizdə müasir ödəniş ekosisteminin formalaşdırılmasına dəstək olan “PashaPay” şirkətinin nağdsız əməliyyatlar üçün ilk irimiqyaslı elektron pulqabısı “m10” ilə yarmarkada nağdsız ödənişlər etmək mümkün olacaq.
Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkası fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınır.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 d. əvvəl
-
-
51 d. əvvəl
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
- 55 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital-da gender bərabərliyi mövzusunda maarifləndirici seminar keçirilib
-
1 saat əvvəl
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Putin Əliyevə zəng edib, minnətdarlığını bildirib
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
Martın 12-də gözlənilən hava şəraiti - 12° isti olacaq
İran Yaxın Şərqdə banklar və maliyyə institutlarını hədəf alacaq
Ən çox oxunanlar
Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələri buraxıldı
Təmirli mənzil alan müştərilərə müxtəlif məişət avadanlıqları və texnikası hədiyyə olunacaq
"BOA Agency"də iclasın keçiriləcəyi tarix dəyişdirilib




















