“Fitch Ratings”: İstehlakçı tələbatının azalması qlobal ticarətin həcminə mənfi təsir edir
İstehlakçı tələbatının azalması nəticəsində qlobal ticarətin həcmi sürətlə aşağı düşür.
“Fitch Ratings” agentliyi öz hesabatında cari ildə qlobal ticarətin həcminin cəmi 1,9 faiz artacağını, bunun isə ötən ilin analoji dövrü ilə müqayisədə (5,5 faiz) xeyli az olduğunu vurğulayıb.
“Fitch Ratings”in hesabatında bildirib ki, qlobal ticarətin həcmi mərkəzi bankların monetar sərtləşdirmə siyasəti, hökumətlərin fiskal dəstəyinin azalması və istehlak mallarına zəif tələbat səbəbindən kəskin şəkildə yavaşlayır. 2021 və 2022-ci illərdəki pandemiyadan sonrakı dövrdə iqtisadiyyatda güclü bərpa proseslərinə baxmayaraq, qlobal əmtəə dövriyyəsinin həcmi sürətlə azalır. Bu, turizm və nəqliyyat kimi xidmət sahələrinin aktivləşməsi ilə qismən kompensasiya edilir, lakin onlar ümumi ticarətin yalnız 22 faizini təşkil edir və ümumi ticarətdə artımı tam dəstəkləyə bilmir.
Hesabatda deyilir: “Təchizat zəncirinin darboğazları artıq ticarət axınları üçün əsas məhdudiyyət deyil. Ticarətin son yavaşlaması indi daha çox istehlakçı tələbinin azalması il bağlıdır. ABŞ-da və qlobal miqyasda istehlak mallarına tələbat zəifləyir ki, bu da istehlakçıyönümlü fiskal stimullaşmanın mərhələli şəkildə dayandırılmasını, monetar sərtləşdirməni və COVID-19 məhdudiyyətlərinin aradan qaldırılmasından sonra tələbin xidmətlərə doğru yenidən balanslaşdırılmasını əks etdirir”.
Reytinq agentliyi, həmçinin qlobal iqtisadi artımın 2022-ci ildəki 2,7 faizdən 2023-cü ildə 2 faizə enəcəyini təxmin edir. “Qloballaşma prosesinin önündəki əngəllər fonunda ticarət artımının orta müddətli dövrdə ÜDM-i üstələməsi çətin görünür”, - deyə hesabatda qeyd edilib.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























