Ukraynada bənd uçdu, buğdanın qiyməti qalxdı
Rusiya silahlı qüvvələri tərəfindən Ukraynanın böyük bir bəndi vurulub. Bunun nəticəsində yaranan daşqın ilə əlaqədar olaraq taxıl tədarükü üçün təhlükə yaranıb və buğda qiymətləri artıb.Ukrayna, Rusiya hərbi qüvvələrinin ölkənin cənubundakı nəhəng bəndi partlatdığını, nəticədə minlərlə insanın həyatına və Qara dənizdən göndərilən taxıl tədarükünə təhlükə yaradan selin yarandığını elan edib.
Marja xəbər verir ki. məlumatdan sonra dünya birjalarında buğda qiymətləri qalxıb.
Çərşənbə axşamı günü buğda qiymətləri 3% artıb və 30 ayın ən aşağı səviyyəsindən yüksəlməyə davam edib.
Ukraynanın infrastruktur nazirinin müavini Mustafa Nayyem Twitter səhifəsində verdiyi açıqlamada 80-dən çox yaşayış məntəqəsinin və Xerson şəhərinin daşqın zonasında qaldığını və yüz minlərlə insanın həyatını itirə biləcəyini açıqlayıb.
"SovEcon" kənd təsərrüfatı konsaltinq firmasının idarəedici direktoru Andrey Sizov deyib: "Bəndin dağıdılması dəhşətli nəticələr və böyük bir eskalasiya kimi görünür"
Bununla belə, investorlar ekstremal hava şəraitinin qlobal miqyasda məhsullara təsirini də qiymətləndirirlər. Avstraliyada ikinci ən quraq may ayı yaşanıb.
Avstraliyada məhsulu 34 faiz azala bilər
Bildirilir ki, ölkədə məhsul ötən illə müqayisədə 34 faiz az ola bilər. Ölkə bu mövsüm dünyanın ikinci ən böyük ixracatçısıdır.
Hesab edilir ki, dünyanın ən böyük buğda idxalçısı olan Çin, ölkədə ən böyük istehsal əyaləti Henanda yağışla islanmış məhsul yığımının nəticələrindən asılı olaraq, xarici ölkələrdən daha keyfiyyətli buğda almalı ola bilər.
Digər tərəfdən, ABŞ-da istehsal gözləntilərdən xeyli aşağıdır. Argentinadakı quraqlıq isə əkinləri gecikdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)






