100 min nəfərin yaşadığı bu ərazidə bank filialı yoxdur
Suraxanı rayonunun 100 min nəfərdən artıq sakini olan Hövsan qəsəbəsində yaşayanlar ərazidə bank filialının olmamasından şikayətçidir.
Qəsəbə sakinləri adından qəsəbənin ağsaqqalı, Suraxanı rayon Ağsaqqallar Şurasının üzvü Kəlpi İsgəndərov xeyli vaxtdır əhalinin bank xidmətləri almaqda çətinliklərlə üzləşdiyini bildirib:
“Qəsəbəmizdə rəsmi olaraq 70 min nəfər qeydiyyatdadır. Lakin qeydiyyatda olmayan sakinləri də nəzərə alsaq, Hövsanda 100 min nəfərə yaxın insan yaşayır. Bununla belə uzun illərdir əhalimiz normal bank xidməti almaqda çətinlik çəkir, burada heç bir bank filialı və ya valyutadəyişmə məntəqəsi yoxdur, sakinlər tıxacda qalmaqla, uzun yol qət etməklə şəhərin mərkəzinə və digər ərazilərə gedərək bank xidmətlərindən istifadə etmək məcburiyyətində qalırlar”.
Kəlpi İsgəndərov qeyd edib ki, əslində son bir neçə ilədək Hövsanda bank filialı fəaliyyət göstərib: “Əvvəllər qəsəbəmizdə bank filialları da, valyutadəyişmə məntəqələri də olub. Lakin 2015-ci il devalvasiyasından sonra heç bir bank xidməti göstərilmir, valyutadəyişmə məntəqələri də bağlandı. Hazırda Hövsana ən yaxın bank filialı Əmircan qəsəbəsində yerləşir ki, oraya da 17 kilometr məsafədir. Biz başa düşürük ki, kommersiya bankları öz mənfəətlərini düşünür, buna uyğun fəaliyyət istiqamətləri seçirlər. Lakin 150 min nəfərə yaxın insanın da vəziyyətini anlamaq lazımdır və müvafiq dövlət qurumları bu məsələni nəzarətə götürməlidir”.
Qəsəbənin ağsaqqalı əlavə edib ki, mövcud vəziyyətdən ən çox əziyyət çəkənlər əhali ilə yanaşı, sahibkarlıq subyektləridir: “Mənim 81 yaşım var, həm də sahibkarlıq fəaliyyəti göstərirəm. Bu səbəbdən tez-tez banka müraciət etməli oluram. Həm də Hövsanda MİDA-nın böyük bir yaşayış kompleksi tikilib və minlərlə insan orada yaşamağa başlayıb, ətraf yaşayış massivləri də günbəgün böyüyür, bütün bunlar qəsəbəmizdə bank filialının olmasını zəruri edir. Lakin böyük bir ərazidə heç bir bank filialının olmaması bizə böyük çətinliklər yaradır. Dövlət qurumlarından, xüsusilə Mərkəzi Bank rəhbərliyindən xahiş edirik ki, bu məsələyə əncam çəksinlər”.
Məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanlanıb.
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















