"Mazda Azərbaycan" satış gəlirlərini və mənfətini açıqladı
Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısı “Rotary Motors” MMC 2022-ci ili 1 milyon 591 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 423 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az "Rotary Motors" MMC-nin 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə “Rotary Motors”ın cəmi gəlirləri 19 milyon 482 min manat, cəmi xərcləri 17 milyon 891 min manat təşkil edib.
Ötən il “Rotary Motors”ın əməliyyat mənfəəti 2 milyon 182 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən mənfəət vergisi ödəyib və digər xərclərə yönəldib.
Ötən il “Rotary Motors” avtomobillərin satışından 14 milyon 433 min manat, ehtiyat hissələrinin satışından 4 milyon 519 min manat, servis xidmətlərindən 530 min manat gəlir götürüb. Avtomobil satışından gəlirlərin 11 milyon 664 min maantını pərakəndə satış, 2 milyon 770 min amantını yenidən ixrac üzrə satış təşkil edib.
"Rotary Motors" MMC dünya şöhrətli "Mazda Motors Corporation" şirkətinin Azərbaycanda rəsmi və yeganə distribüteridir.
Xatırladaq ki, Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısı “Rotary Motors” MMC və Subaru avtomobillərinin rəsmi idxalçısı “Subaru Azərbaycan” MMC ötən il 2021-ci il üzrə konsolidə edilmiş hesabat dərc etmişdilər. Hesabatda qeyd edilmişdi ki, Ötən il iki şirkətin avtomobil satışından cəmi gəlirləri 10 milyon 41 min manat, o cümlədən “Rotary Motors”un gəlirləri 8 milyon 583 min manat, “Subaru Azərbaycan”ın gəlirləri 1 milyon 458 min manat təşkil edib. 2021-ci ildə iki şirkətin cəmi xalis mənfəəti 438 min manat, o cümlədən “Rotary Motors”un xalis mənfəəti 423 min manat, “Subaru Azərbaycan”ın xalis mənfəəti 15 min manat təşkil etmişdi. 2017 cə 2018-ci illərdə “Subaru Azərbaycan”ın yığılmış 439 min 849 manat xalis zərəri nəzərə alındıqda qrup 2021-ci ili 1577 manat xalis zərər ilə bağlamışdı.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
4 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
5 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib


























