"Bu il Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 milyard dolları ötəcək"
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2023-cü ildə 10 milyard ABŞ dollarından çox olacaq.
Bu barədə "Fitch Solutions” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.
Agentlik qeyd edib ki, Azərbaycan 2015-ci ildən xarici ehtiyatlarını artırmağa nail olub. Bununla belə, 2022-ci ilin sonunda AMB-nin ehtiyatları 9 milyard ABŞ dolları (idxal təminatının 5 aylıq dəyəri) təşkil edib ki, bu da 2014-cü ilin ən yüksək səviyyəsi olan 14,1 milyard ABŞ dollarından (8,0 aylıq idxal təminatı) aşağıdır.
"Fikrimizcə, 2023-cü ilin sonuna qədər ehtiyatlar 10,2 milyard ABŞ dollarına yüksələcək və ortamüddətli dövr üçün əlavə artımlar nəzərdə tutulur. Xarici valyuta ölkənin 2022-ci ildə ÜDM-in 29,8%-ni təşkil edən böyük cari əməliyyatlar hesabının profisiti ilə bağlı qənaətlərdən əldə ediləcək. 2023-cü ildə cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 26,9%-nə qədər azalacağını proqnozlaşdırırıq" - "Fitch Solutions” əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















