Beynəlxalq reytinq agentliyi 2026-cı ilədək Dollar/Manat üzrə proqnozunu açıqlayıb - "BİZİM FİKRİMİZCƏ...."
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini təsdiqləyib və ölkəmiz üzrə proqnozlarını açıqlayıb.
Marja.az xəbər verir ki, kredit reytinqi agentliyi ABŞ dolları/Azərbaycan manatı məzənnəsi üzrə də proqnozunu açıqlayıb. Proqnoza görə, 2026-cı ildək məzənnə 1.70 səviyyəsində qalacaqdır.
"Biz güman edirik ki, ABŞ Dolları/Azərbaycan manatı məzənnəsi 1,70 səviyyəsində sabit saxlanılacaq. Bu, rəsmi orqanların xarici valyuta bazarına müntəzəm müdaxilələri ilə dəstəklənir. Buna baxmayaraq, bizim fikrimizcə, karbohidrogen (neft və qaz) qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, Azərbaycan rəsmiləri məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildəki tədbirləri kimi xarici valyuta buferlərinin əhəmiyyətli dərəcədə itkisinin qarşısını almağa kömək edəcək",- “S&P Global Ratings” bildirib.
Qeyd edək ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini sabit proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























