Azərbaycanda vergi orqanı öz təşəbbüsü ilə fiziki şəxsi uçota ala biləcək
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda və “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
“Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişikliklə vergi orqanı öz təşəbbüsü ilə uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi uçotuna alacaq və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndəriləcək. Bildirişin formasını Dövlət Vergi Xidməti təsdiq edəcək.
Bundan başqa, sənədlərin qəbulu və yoxlanılması zamanı Dövlət Statistika Komitəsinin təsdiq etdiyi “İqtisadi fəaliyyət növlərinin təsnifatı”nın müvafiq statistik təsnifat kodları müraciət edən şəxs tərəfindən ərizədə tələb olunan yerlərə göndəriləcək.
Bundan başqa, “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları”na dəyişikliklə qeyri-rezident şəxslərin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlər üzrə mənfəətin (gəlirin) müəyyən edilməsi və həmin qeyri-rezidentin Azərbaycandakı daimi nümayəndəliyinə münasibətdə vergilərin hesablanması Vergi Məcəlləsinin 14-1-ci maddəsinə və bu Qaydalara əsasən müəyyənləşdiriləcək.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























