Avropa bankı Azərbaycanı da məhdudiyyətlər tətbiq edilən ölkələr syahısına daxil edib
Raiffeisenbank iyulun 3-dən 13 ölkədən banklara avro ilə köçürmələrə məhdudiyyətlər tətbiq edir.
Raiffeisenbank müştərilərə avro ilə aparılan köçürmələrə yeni məhdudiyyətlər barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, yeni şərtlər iyulun 3-dən qüvvəyə minəcək.
“3 iyul 2023-cü il tarixindən etibarən alıcının bankı aşağıdakı ölkələrdən birində yerləşərsə, avro ilə gedən ödənişləri emal etmək (yerinə yetirmək) mümkün olmayacaq: Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Türkmənistan, Özbəkistan", -məlumatda deyilir.
Yeni şərtlər fiziki şəxslərə, fərdi sahibkarlara və hüquqi şəxslərə şamil edilir. Eyni zamanda, Rusiyadakı müştərilər arasında köçürmələr hələ də mümkündür.
Dəyişikliklərin müxbir banklar tərəfindən qoyulan məhdudiyyətlərlə bağlı olduğu aydınlaşdırılır.
Raiffeisenbank Avstriyanın Raiffeisen Bank International AG-nin törəmə şirkətidir. 1996-cı ildən Rusiyada da fəaliyyət göstərən Raiffeisen Bank International hazırda Rusiya törəmə bankının kapitalından çıxması da daxil olmaqla gələcək mümkün variantları nəzərdən keçirir.
XXX
Raiffeisenbank to limit euro transfers to banks in Russia and certain other countries starting July 3
Raiffeisenbank has limited the transfer of outgoing payments in euros to accounts in other Russian banks, as well as to banks from a number of countries which are not on the "unfriendly" list, an announcement on the Raiffeisenbank website said.
Because of restrictions imposed by correspondent banks, starting July 3, outgoing payments in euro to other banks will not be possible if the beneficiary's bank is located in one of the following countries: Russia, Azerbaijan, Armenia, Belarus, Georgia, Jordan, Kazakhstan, Kyrgyzstan, Moldova, United Arab Emirates, Tajikistan, Turkmenistan, and Uzbekistan. The new conditions apply to retail clients and individual entrepreneurs, as well as legal entities.
The restriction also applies to outgoing transfers in euro to customers' own accounts opened with other banks in one of the listed countries. Raiffeisen recommends that customers change the currency of the outgoing transfer or use alternative payment methods.
The new conditions do not apply to transfers in euro between Raiffeisenbank's customers in Russia. They can still transfer euros between their Raiffeisenbank accounts or send them to another Raiffeisenbank client.
Earlier in June, the bank introduced a fee for crediting funds from other banks in US dollars to individuals' accounts. The fee is 50% of the transfer amount, but not more than $500.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
