Türkiyə iqtisadiyyatının xarici ticarət kəsiri 56 milyard dolları keçdi
Türkiyə iqtisadiyyatının may ayında 12,5 milyard dollarlıq xarici ticarət kəsiri yaranıb.
Marja xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) məlumat yayıb.
Mart və aprel aylarında birrəqəmli xarici ticarət kəsirindən sonra yenidən ikirəqəmli səviyyə qeydə alınıb.
Yanvar ayında xarici ticarət kəsiri 14,3 milyard dollar təşkil etməklə rekord qırmışdı.
Məlumata görə, 2023-cü ilin may ayında ixrac 2022-ci ilin eyni ayı ilə müqayisədə 14,4% artaraq 21 milyard 659 milyon dollara, idxal isə 15,5% artaraq 34 milyard 186 milyon dollara çatıb.
Yanvar-may dövründə xarici ticarət kəsiri 56 milyard dollar olub
2023-cü ilin yanvar-may dövründə ixrac 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq 102 milyard 476 milyon dollara, idxal isə 8,8 faiz artaraq 158 milyard 498 milyon dollara çatıb.
Yanvar-may dövründə xarici ticarət kəsiri 29,3 faiz artaraq 43 milyard 341 milyon dollardan 56 milyard 22 milyon dollara yüksəlib. 2022-ci ilin yanvar-may dövründə ixracın idxala nisbəti 70,2 faiz olduğu halda, 2023-cü ilin eyni dövründə 64,7 faizə enib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























