KOBİA kartof ilə məşğul olan fermerlərdə ümid yaradıb
Bu yaxınlarda Masallıda kartof əkini ilə məşğul olan fermerlərin üzləşdiyi problemdən yazmışdıq. Məhsulları bol olan fermerlər kartofun hazırkı qiymətindən və rayonda saxlanma anbarlarının olmamasından gileylənmişdilər.
Masallının Təklə, Ləngan, Əhmədli və bu kəndlərə yaxın ərazilərdə kartof əkini ilə məşğul olan fermerlər məhsulun bol olmasına sevinsələr də, satışı ilə bağlı üzləşdikləri problem onların bu sevincini ürəyində qoyub. Fermerlər toxumu baha qiymətə aldıqlarını, min bir əziyyətlə məhsul yetişdirdiklərini, lakin çox ucuz qiymətə satmaqla ziyan etdiklərini bildirmişdilər. Fermerlərin problemi işıqlandırıldıqdan sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) hərəkətə keçib.
KOBİA-nın əməkdaşları rayonun ən çox, 150 hektar sahədə kartof yetişdirən Böyük Təklə kəndinin fermerləri ilə görüşüb, problemlə yerindəcə tanış olublar.
Fermer Pərviz Həsənov bildirir ki, KOBİA-nın əməkdaşları onların problemini dinlədikdən sonra bu məsələnin həlli ilə bağlı kömək edəcəklərinə söz veriblər: “Sağ olsun dövlətimiz, üzləşdiyimiz problemə belə tez reaksiya verildi. Ümid edirik ki, yaxın zamanda digər bölgələrdə olduğu kimi, bizim ərazimizdə də saxlama anbarları tikilər”.
Masallıda 10 ildən çoxdur kartof əkini ilə məşğul olan fermer Şöhrət Quliyevin də bu görüşlə bağlı ümidləri böyükdür. Deyir ki, problemlərinə belə tez reaksiya verilməsi digər fermerlər kimi, onu da ruhlandırıb. “Gələn il üçün kartof əkini ilə bağlı planımı təxirə salmışdım. KOBİA əməkdaşlarının bizimlə görüşü, problemimizi dinləməkləri məni ümidləndirdi. Üzləşdiyimiz problemi onların diqqətinə çatdırdıq. Söz verildi ki, yaxın vaxtlarda bizə kömək göstəriləcək”.
KOBİA-nın KOB dostu departamentinin müdir müavini Eldəniz Əmirovla da əlaqə saxladıq. Bildirdi ki, Masallı rayonunun Təklə kəndi ərazisində məhsulun saxlanması üçün anbarın olmaması səbəbindən fermerlərin çətinliklə üzləşməsi ilə bağlı məsələ Agentliyin də diqqətindədir. Bu məqsədlə Agentliyin regionda fəaliyyət göstərən KOB dostları Təklə kəndində olub və fermerlərlə görüşərək onların problemlərini, o cümlədən kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbarın olmaması ilə bağlı çətinliklərini dinləyiblər.
“KOBİA tərəfindən məhsul satışına dəstək göstərən qurumlar barədə fermerlərə məlumat verilib və sahibkarlar aidiyyəti qurumlarla əlaqələndirilib. Həmçinin fermerlər Masallı rayonunda fəaliyyət göstərən bir neçə saxlama anbarı olan sahibkarlarla əlaqələndirilib. Bununla belə, Təklə kəndində fermerlər tərəfindən istehsal edilən məhsulların saxlanması üçün anbarın olmaması nəzərə alınaraq, saxlama anbarlarının tikintisi və idarəetməsi ilə məşğul olan sahibkarlıq subyektləri, eləcə də aidiyyəti qurumlar bu məsələ barədə KOBİA tərəfindən məlumatlandırılmışdır”, - deyə Eldəniz Əmirov vurğulayıb.
© Azərtac
Müştərilərin xəbərləri
“Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 5 gün sonra
-
-
2 saat əvvəl
“Papa John’s” səhmləri 20%-ə yaxın ucuzlaşıb – Apollo şirkəti şəbəkəni almaqdan imtina edib
-
7 saat əvvəl
Azərbaycanın Dövlət Agentliyilə Türkiyənin “Ataseven Group” şirkəti arasında razılıq əldə olunub
-
8 saat əvvəl
AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Dolların sabaha rəsmi məzənnəsi müəyyən olunub
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
Prezident İlham Əliyev Özbəkistana səfərə dəvət edilib
Ən çox oxunanlar
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
Qısa ulduz nömrələri haradan almaq olar?
Bakı Fond Birjası ticarət dövriyyəsinin həcmini açıqladı
Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
Təhsildən kənarda qalan uşaqlar
Dünyanın ən böyük neft şirkəti, hasilatın artması fonunda xalis mənfəətinin artdığını açıqlayıb










.webp)






.jpg)



