İndi Unibankın bütün bankomatları təmassız (NFC) texnologiyanı dəstəkləyir
(®) İndi Unibank bankomatlarında Unibank kartlarınızdan nağdlaşdırma etmək və ya karta mədaxil üçün kartı UTM-ə daxil etməyə ehtiyac yoxdur. Bütün UTM-lərə (bankomatlara) NFC texnologiyası quraşdırıldığından, karta mədaxil və yaxud pul nağdlaşdırmaq üçün kartınızı bankomatın üzərindəki təmassız ödəniş bölümünə yaxınlaşdırmaq kifayətdir. Çox rahat və vaxtınıza qənaət etdirən NFC texnologiyası, kartınızı bankomatda qalmaq riskindən də qoruyur. Əgər telefonunuzda Apple Pay və Google Pay varsa, kartınız üzərinizdə olmasa belə, Unibank bankomatlarından nağdlaşdırma edə bilərsiniz.
UTM-lərdə NFC texnologiyasının tətbiqi Unibank müştərisinə hansı üstünlükləri verir:
-Kartı bankomata daxil etməyə ehtiyac qalmır;
-Bu texnologiyanın köməyi ilə mədaxil-məxaric əməliyyatları daha qısa müddətə həyata keçir;
-Kart olmadan belə, telefonunuz vasitəsi ilə (Apple Pay və Google Pay varsa) bankomatdan nağdlaşdırma edə bilirsiniz.
Unibank bankomat sayına görə ölkə bankları siyahısında ilk üçlüyə daxildir. Hazırda bankın paytaxt və bölgələri əhatə edən bankomatlarının sayı 140-a yaxındır və hamısı NFC texnologiyalıdır. Bununla da, Unibank ölkə bankları içərisində bütün bankomatlarında NFC quraşdırılmış böyük şəbəkəyə sahib olub.
Qeyd edək ki, “Sənin Bankın” konsepsiyası çərçivəsində xeyli vaxtdır ki, Unibank ATM-ləri çoxfunksiyalı UTM-lərə çevrilib. UTM-lər ənənəvi bankomatlardan fərqli olaraq, təkcə mədaxil-məxaric imkanları ilə məhdudlaşmır. Toplu mədaxilin mümkünlüyü ilə seçilən UTM-lər, UCard sahibləri üçün həm də bir sıra bank funksiyalarını da həyata keçirir. İlin sonunadək UTM sayının bir qədər də artırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















