Bu ildən lisenziyasız İslam kolleclərinin diplomları etibarsız sayılacaq
“Dini təhsil bu gün əsas prioritet istiqamətlərimizdən biridir. Dini duruma olduğu kimi, dini təhsil sahəsinə də mümkün qədər nəzarətin təmin edilməsi, habelə xarici təsirlərin dini təhsillə bağlı proseslərdən kənar tutulması olduqca vacibdir”.
Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib.
Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi region, bu regionun həssaslığı, kənar təsirlərin mövcudluğu, eyni zamanda ölkəmizdəki dini durum, tarixən formalaşmış tolerantlıq ənənələri və burada mövcud olmuş məzhəblərarası münasibətlər dini təhsil sahəsinə ölkəmizin hərtərəfli təhlükəsizliyi prizmasından baxılmasını zəruri edir:
"Dövlət-din münasibətlərinin daha effektiv şəkildə tənzimlənməsi, dövlətin din siyasətinin uğurla həyata keçirilməsi, xarici dövlətlərin dini duruma təsirinin qarşısının alınması, dindarlar arasında və cəmiyyətdə müasir dünyagörüşünün təlqin edilməsi, eləcə də dünyəvi dövlətin əsaslarının düzgün təbliğ olunması üçün ixtisaslı dini kadrların hazırlanması ən vacib məsələlərdən biridir. Hazırda dini təhsilin keyfiyyətcə yeni mərhələyə qaldırılması ölkəmizin həm daxilə, həm də xaricə yönəlik məqsədlərinin reallaşdırılması üçün prioritet milli hədəf kimi qiymətləndirilə bilər.
2018-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldıqdan sonra dini təhsil sahəsində yeni mərhələyə qədəm qoyuldu. Ötən müddət ərzində İnstitut formalaşma dövrü keçib və bu formalaşma dövründə artıq öz məzunlarını verib. Hətta məzunlarının bir qismi təyinat da alıb. Bütün bunlar onu göstərir ki, İlahiyyat İnstitutu etimadı və ona bəslənən ümidləri doğruldur və doğrultmaqda davam edir. İlahiyyat İnstitutunu digər universitet və institutlardan, digər ali təhsil müəssisələrindən fərqləndirən br meyar da onun kadr yetişdirməklə yanaşı, həm də cəmiyyətimizin maarifləndirilməsində iştirakıdır. Bu baxımdan hesab edirəm ki, İlahiyyat İnstitutunun qəzetinin, jurnalının olması, eyni zamanda internet televiziyasının olması çox önəmlidir. İnstitutda təhsil iki istiqamətdə islamşünaslıq və dinşünaslıq üzrə həyata keçirilir. Bakalavr pilləsində 289 (dinşünaslıq 137 və islamşünaslıq 152), magistraturada 11, doktoranturada 5 nəfər, dissertantura pilləsində 1 nəfər olmaqla 306 tələbə və peşə hazırlığı kursunda 50 tələbə təhsil alır. Həmçinin bakalavriat səviyyəsində 14 əcnəbi tələbə təhsil alır, onlardan 11-i Gürcüstandan, 3-ü Türkiyədəndir”.
Elnarə Kərimova bildirib ki, dini orta ixtisas təhsili müəssisələrinə, yəni mədrəsə, İslam kolleclərinə gəlincə, hazırda ölkədə 5 dini orta ixtisas təhsil müəssisəsi - Lənkəran İslam Kolleci, Şəki İslam Kolleci, Əliabad İslam Kolleci, Zaqatala İslam Kolleci və Şəbnəm (qızlar) İslam Kolleci fəaliyyət göstərir:
"“Dini etiqad azadlığı haqqında” qanuna əsasən, dini təhsil müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçməklə yanaşı, xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərməli və onlara qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmalıdır. Lakin Qafqaz Müsəlmanları İdarəsinin təsisçisi olduğu və Gənclərə Yardım Fondunun himayəsi altında fəaliyyət göstərən bu kolleclər lisenziya almadıqlarına görə oraya qəbul da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmir. Bu da cari ildən həmin kolleclərə qəbul olan şəxslərin diplomlarının etibarsız hesab ediləcəyi deməkdir. Bununla bağlı həmin kolleclər artıq rəsmi olaraq məlumatlandırılıblar".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 12 saat əvvəl
-
12 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
13 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 13 saat əvvəl
-
13 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















