Azərbaycan “Azersky”a görə 15-dən artıq sığorta şirkətindən ödəniş alacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") missiyasını vaxtından 1 il əvvəl başa çatdırmış "Azersky" peykinə görə 15-dən çox sığorta şirkətindən ödəniş alacaq.
Bunu açıqlamasında "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
"Yerin məsafədən müşahidə peyki olan “Azersky”la bağlı sığorta ödənişlərinin alınması üçün biz artıq fəaliyyətə başlamışıq, proses ilin sonuna qədər yekunlaşacaq. Nəzərə almaq lazımdır ki, sığortalama prosesində 15-dən artıq sığorta şirkəti iştirak edir. Biz peyki “PAŞA Sığorta” ASC vasitəsi ilə beynəlxalq bazara çıxarmışdıq. Müştərilərimiz dünyanın ən böyük təkrarsığorta şirkətləri olub. Onların hər biri A+ kateqoriyalı beynəlxalq reytinqə malikdir. Prosesin uzun çəkməsinin səbəbi budur ki, şirkətlərin çoxsaylı sualları olur və onların hamısı cavablandırılır. Cavablar onları qane etdikdən sonra sığorta ödənişi “PAŞA Sığorta” vasitəsi ilə “Azərkosmos”a həyata keçiriləcək", - deyə o qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 d. əvvəl
-
- 6 d. əvvəl
-
27 d. əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
28 d. əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 37 d. əvvəl
-
41 d. əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 57 d. əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib























