Unicapital xarici konqresdə “Azərbaycanın ən yaxşı investisiya bankı” seçildi
(®) “Unicapital İnvestisiya Şirkəti”ASC Böyük Britaniyanın “International Finance” jurnalının cari il üzrə araşdırmasına əsasən, ikinci dəfə “İlin Ən Yaxşı İnvestisiya Şirkəti” nominasiyası üzrə mükafata layiq görülüb.
Həmçinin ötən həftə şirkət qazandığı mükafatlar sırasına daha birini əlavə edib.
Belə ki, Cbonds CIS - 2023 “Cbonds Awards” nominasiyaları üzrə 2023-cü il qaliblərini elan edib. Mükafatlandırılanlar sırasında “Unicapital İ.Ş.”ASC MDB ölkələrinin kapital bazarlarında iştirakına əsasən “Azərbaycanın ən yaxşı investisiya bankı” nominasiyası üzrə “Cbonds Awards CIS-2023” mükafatına layiq görülüb.
Nominantlar siyahısında “Unibank K.B” ASC də ötən ilin noyabrında xarici valyutada buraxılan istiqrazlarına görə “Azərbaycanda ilkin yerləşdirmə üzrə ən yaxşı əqd” nominasiyası üzrə qalib seçilib.
Hazırda ölkə bazarında dollar valyutasında təqdim olunan ən yüksək gəlirli qiymətli kağız olan bu istiqrazların emissiyasının təşkilatçısı və anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC olub.
Qeyd edək ki, konqresin mükafatlandırma mərasimləri 2014-cü ildən etibarən hər il keçirilir. Ümumilikdə 14 qalibin seçildiyi tədbirdə Azərbaycandan yalnız Unibank və Unicapital bu siyahıda yer alıb.
Xatırlatmaq istərdik ki, Unicapital 2007-ci ildən bəri Azərbaycanda investisiya ənənəsini formalaşdırmaqla, əməliyyatlarının həcminə görə yerli fond bazarının liderləri sırasında öz mövqeyini qoruyub saxlamağa davamlı olaraq müvəffəq olub.
“Unicapital”ın hədsiz imkanlarına dünya valyuta bazarlarında ticarət, yerli və xarici səhmlərə investisiya, anderraytinq, istiqrazların alışı və satışı, yerli bazarda investisiya və bütün seqmentlərə xitab edən “treydinq məktəbi” təhsil proqramı daxildir.
Onun innovativ yöndə inkişafının göstəcilərindən biri də ölkədə iki ticarət platformasını üzrə müştərilərinə geniş xidmət göstərməsidir: UForex MT4, UTrader.
İlk Azərbaycan dilli vahid ticarət platforması olan “UTrader”, bu gün müştərilərinə 20 000+ alətlə, 20-dən çox bazarda onlayn qaydada investisiya etmək imkanı verir.
“Unicapital”ın maliyyə göstəriciləri də olduqca təqdirəlayiqdir. Belə ki, dünya maliyyə bazarlarına birbaşa çıxışı təmin edən “UForex MT4” platformasında müştəri əməliyyatları üzrə cari il ərzində ticarət dövriyyəsi həcmi 4.5 mlrd manat təşkil edir.
Bütün bu nailiyyətlərin nəticəsi olaraq ötən illərdə Unicapital Böyük Britaniyanın “International Finance” jurnalı tərəfindən “Azərbaycanın Ən İnnovativ Maliyyə Təşkilatı – 2021”, “Azərbaycanda Ən Yaxşı Broker Xidməti Təşkilatı – 2021”, “Azərbaycanın Ən Yaxşı İnvestisiya Şirkəti – 2020” kimi mükafatlara layiq görülüb.
Bu gün müştəri sayı 600 000-i ötən şirkət, müasir və innovativ yeniliklərin vəhdətində böyüməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 1 saat əvvəl
-
2 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
2 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
2 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
3 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir






















