İranın Bakıdakı bankı kiçilib, hesablardakı pullar çıxarılıb, gəlirləri azalıb

"Bank Melli İran" Bakı filialı 2023-cü ilin ilk yarısını (yanvar-iyun) 2 milyon 83 min manat xalis mənfəət ilə başa vurub. Filial 2022-ci ilin ilk yarısını 806 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin ilk yarısında "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2,6 dəfə artıb. Xalis mənfəətin artması Bankın cari biznes fəaliyyətindən qaynaqlanmır.
Marja.az xəbər verir ki, 2022-ci ilin birinci yarısında "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 1 milyon 735 min manat ikən, 2023-cü ilin birinci yarısında 1 milyon 495 min manata düşüb. Haqq və komissiya gəlirlər isə 87 min manatdan 47 min manata düşüb.
Gəlirlərinin azalmasına qarşı xalis mənfəətin artması aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalardan qayıdan (azad olan) vəsaitin artması ilə əlaqədardır. Əgər 2022-ci ilin ilk 6 ayında ehtiyatdan 99 min manat qayırmışdısa, 2023-cü ilin eyni dövründə 1 milyon 348 min manat azad olub və gəlirə əlavə edilib.
Ötən ilin sonunda "Bank Melli İran" Bakı filialının kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9 milyon 467 min manata çatmışdı. Bu il Bankın kredit portfeli 2 milyon 332 min manat azalaraq 7 milyon 135 min manata düşüb. Filialın cəmi aktivləri isə 19 milyon 561 min manat azalaraq 77 milyon 59 min manata düşüb. Filialın cəmi aktivləri ötən ilin sonunda 96 milyon 621 min manata çatmışdı.
"Bank Melli İran" Bakı filialında müştəri hesablarındakı vəsaitlər 6 dəfə azalaraq 8 milyon 904 min manatdan 1 milyon 490 min manata düşüb.
Bu ilin Mayında mətbuatda dərc olunan məlumatlara görə, Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
