Azərbaycanda Bank Ombudsmanına müraciətlərin sayı azalıb
2017-2022-ci illərdə Azərbaycanda Bank Ombudsmanına edilən müraciətlərin sayı 6 dəfədən çox azalıb.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfrasında bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə müraciətlərin sayı 165 olduğu halda, 2022-ci ildə bu rəqəm 26-ya düşüb.
Bununla belə, Z.Oruc qeyd edib ki, Bank Ombudsmanının yaradılması müsbət hadisədir: "Məhkəmə-hüquq sistemində böyük nüfuza malik bir şəxsin o quruma rəhbərlik etməsi məhkəməyə alternativ həll imkanlarının yaradılması üçün mühüm təşəbbüs sayılır. Bu il mayın 1-nə Azərbaycanda 591,8 milyon manat problemli kredit olub. Biz bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə az və yaxud çox olması üzərində dayanmayacağıq. Müvafiq dövlət və hökumət institutları nəhayət ki, yarım milyard manatdan çox olan bu borc yükü ilə bağlı birdəfəlik həlli yollarını tapsa, biz o yükü ildən-ilə ötürmərik. Bugünki müzakirələrin əsas məqsədi maliyyə mübahisələrinin sivil həlli yollarını tapmaq, ona rəvac verən sosial-iqtsadi, elacə də hüquqi problemləri ortaya çıxarmaqdır".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























